Şəki sakinlərini boğaza yığan yol PROBLEMİ - VİDEO

Şəki sakinlərini boğaza yığan yol PROBLEMİ - VİDEO

Hazırda oxunan: Şəki sakinlərini boğaza yığan yol PROBLEMİ - VİDEO

207909

Şəkinin Aşağı Layısqı kəndinin sakinləri yol problemindən şikayətçidirlər.

Bizim.Media xəbər verir ki, sakinlərin sözlərinə görə, kəndə bir dəfə də olsun asfalt örtüyü salınmayıb və yolun üç kilometrlik hissəsi yararsız vəziyyətdədir.

Daşlı-kəsəkli yolda yaranan çalalar avtomobillərin rahat hərəkətinə maneə yaradır. Yağış yağdıqda isə palçıqlı yolda piyadalar çətinliklə hərəkət edirlər. İstər qış, istər yay aylarında kəndə gəlib-getmək demək olar ki, mümkünsüzə çevrilib.

"Xəstəmiz olanda təcili tibbi yardım gəlmir. Həkim çağıranda, deyirlər, maşın gətirin. Maşını yoxdursa, xəstə ölməlidir?! Xeyrə-şərə gələn deyir ki, bu necə kənddir, bu nə yaşayışdır?!" - deyə sakinlər narazılıqlarını bildiriblər.

Daha ətraflı Baku TV-nin materialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO