Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyin əməkdaşları tərəfindən Babək rayonu, Qahab kəndində fəaliyyət göstərən çörək sexində plandankənar yoxlama aparılıb.
Bizim.Media xəbər verir ki, Agentlikdən bildirilib ki, yoxlama zamanı qida obyektində gigiyena qaydalarına əməl olunmadığı, çirklənməyə qarşı müdafiə tədbirlərinin tətbiq edilmədiyi, zərərvericilərlə mübarizə üçün şərait yaradılmadığı aşkarlanıb.
Eyni zamanda, müəssisədə çalışan işçi heyətin tibbi müayinədən keçmədiyi, istifadə olunan alət və avadanlıqların təmizlənməsi üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi müəyyən olunub. Həmçinin obyektdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin də aparılmadığı məlum olub.
Aşkarlanmış nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb, müəssisənin rəhbəri barəsində inzibati protokol tərtib edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:40 / 22.08.2024
Naxçıvanda çörək sexində nöqsanlar AŞKARLANDI - FOTO
Hazırda oxunan: Naxçıvanda çörək sexində nöqsanlar AŞKARLANDI - FOTO
Hazırda oxunan: Naxçıvanda çörək sexində nöqsanlar AŞKARLANDI - FOTO
207903
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.