Qaya Məmmədov seçicilərlə görüşlərə davam edir – FOTO

Qaya Məmmədov seçicilərlə görüşlərə davam edir – FOTO

Hazırda oxunan: Qaya Məmmədov seçicilərlə görüşlərə davam edir – FOTO

207888

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə 31 saylı Suraxanı II seçki dairəsindən namizəd olan Qaya Məmmədov Qaraçuxur və Yeni Günşli qəsəbələrində seçicilərlə görüşüb. 

Bizim.Media xəbər verir ki, ilk görüş Qaraçuxur Qəsəbəsi Neftçilər Parkında baş tutub. 

Tədbirdə Suraxanı Ağsaqqallar Şurasının üzvü, veteran neftçi Müslüm Müslümov, Birinci Qarabağ müharibəsinin veteranı, ağsaqqal İsmayıl İsmayılov, şəhid polkovnik-leytenant Rəşad Quliyevin anası Mətanət Quliyeva, şəhid baş leytenant Orxan Hüseynovun anası, tanınmış pediatr Xalidə Hüseynova və digər hörmətli sakinlər çıxış edərək namizədə dəstəklərini ifadə edib. Onlar digər sakinləri seçki prosesində fəal iştiraka çağırıblar.  

“Namizəd olduğum dairənin hörmətli ağsaqqallarının və dəyərli fəallarının namizədliyimə dəstək verməsi mənim üçün böyük şərəf və məsuliyyətdir”, - Q.Məmmədov bildirib. 


Digər görüş Yeni Günəşli V yaşayış sahəsi 15,16,17 və 18-ci binaların sakinləri ilə keçirilib. Deputatlığa namizəd onlara seçki gündəliyi barədə məlumat verib və seçicilərin suallarını cavablandırıb. 

Qeyd edək ki, Q.Məmmədov Azərbaycan Respublikasının diplomatik xidmətində fəaliyyətinə 1999-cu ildə başlayıb. O, Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində, o cümlədən 2001-2004-cü illərdə Azərbaycan Respublikasının Almaniyada səfirliyində və 2008-2011-ci illərdə NATO yanında nümayəndəliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb.  

Qaya Məmmədov 2013-2017-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik idarəsinin rəisi vəzifəsini icra edib.

O, 2018-ci ildə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin olunub. Q.Məmmədov 2022-ci ildən bəri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisidir.  






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO