Son 4 ildə əhalinin tibbi ləvazimata xərclədiyi vəsatin həcmi 2 dəfə artıb. Beləki, 2020-ci ilin 7 ayında əhali dərman preparatlarına 383 milyon manat xərclədiyi halda bu ilin eyni dövründə 735 milyon manat pul sərf edib. Ümumilkdə isə bu ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 32,3 milyard manatlıq ərzaq və qeyri-ərzaq malları satılıb.
Bu dövrdə əhali 735,1 milyon manatı əczaçılıq məhsulları və tibbi ləvazimatların alışına xərcləyib. Bu, ötən illə müqayisədə 9,2 milyon manat (1,3 %) çoxdur. Ötən ilin eyni dövründə bu xərclər 725,9 milyon manat idi.
Bəs, xərclərin bu qədər artmasının səbəbi nədir?
Məsələyə sosioloq Üzeyir Şəfiyev aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, əhalinin səhiyyə xidmətlərindən istifadəsində və dərman istehlakında artım var:
“Bu bir tərəfdən əhalinin səhiyyə savadlılığı, sağlamlıqlarının qeydinə qalması ilə bağlıdısa, digər tərəfdən əhalinin sağlamlıq durumunun indikatorudur. Deməli xəstəliklər və ondan əziyyət çəkənlərin sayı durmadan artır. Əlbəttə, mövcud durum insanların stres, depressiya və ondan dolayı xəstəliklərilə bağlıdırsa, eyni zamanda zəruri qidalanmaması, sağlam qidalanmaması və həyat tərzlərinin qeyri-adekvatlığı ilə izah olunur”.
Müsahibimiz mövcud statistikanın kifayət qədər narahatedici olduğunu deyib:
“Rəqəmlərin ilbəil artması onu göstərir ki, əhalinin sağlamlıq durumu heç də ürəkaçan deyil. Eyni zamanda, dərman preparatlarının çox böyük hissəsini hələ də insanlar özləri alır. Ona görə də hökumətin bu məsələyə müdaxiləsi lazımdır. Əhalinin sağlamlığı üçün davamlı olaraq preventiv və proflaktik səhiyyə tədbirləri həyata keçirilməlidir.
Doğrudur, ölkəmizdə də bu istiqamətdə əsaslı işlər görülür. Amma bu yetərli deyil. Üstəlik, səhiyyə menecmenti sahəsində tədbirlərə çox ehtiyac var. Ölkədə əhalinin sağlamlığı üçün bütün qurumların koordinasiyalı fəaliyyəti zəruri və labüddür. Bu təkcə səhiyə qurumlarının deyil, insanlarla, cəmiyyətlə işləyən qurumların birgə işidir. Qida təhlükəsizliyi, əhalinin psixoloji əhvalı ruhiyəsi, pozitiv informasiya mübadiləsi, peşəkar tibbi xidmət keyfiyyətli əhali indeksinə təsir göstərən faktorlardır”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:00 / 23.08.2024
Dərmanlara xərclənən vəsaitin həcmində kəskin ARTIM – Xəstəliklər çoxalıb, yoxsa..
Hazırda oxunan: Dərmanlara xərclənən vəsaitin həcmində kəskin ARTIM – Xəstəliklər çoxalıb, yoxsa..
Hazırda oxunan: Dərmanlara xərclənən vəsaitin həcmində kəskin ARTIM – Xəstəliklər çoxalıb, yoxsa..
207886
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.