Ana “yaxşı ki, səndən canım qurtardı” deyib, qızını uşaq evinə VERDİ – 12 yaşlı qızın dəhşətli HƏYAT HEKAYƏSİ

Ana “yaxşı ki, səndən canım qurtardı” deyib, qızını uşaq evinə VERDİ – 12 yaşlı qızın dəhşətli HƏYAT HEKAYƏSİ

Hazırda oxunan: Ana “yaxşı ki, səndən canım qurtardı” deyib, qızını uşaq evinə VERDİ – 12 yaşlı qızın dəhşətli HƏYAT HEKAYƏSİ

207876

6 il əvvəl 12 yaşlı yeniyetmə qız anası tərəfindən uşaq evinə tərk edilib. Anası onu uşaq evinə verdikdən sonra arxasına baxmadan gedib və tək sözü "yaxşı ki, səndən canım qurtardı" olub. İndi həmin qızın 18 yaşı tamam olur  və hər doğum günündə anasının yolunu gözləyib.

Bizim.Media xəbər verir ki, bu sözləri ”Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova Facebook-un Qadın və Uşaq sığınacağı səhifəsində paylaşıb.

Mehriban Zeynalovanın sözlərinə görə tərk edilmiş qız illərdir anasının peşiman olduğunu və onu gəlib sığınacaqdan götürəcəyi ümidi ilə yaşayıb:

“Təəssüf ki, heç nə gözlədiyi kimi olmayan qızımız artıq gözləməkdən əlini üzüb. Onun içində gizlətiyi başqa bir şey də var idi. İçində gizlətdiyini isə heç kimə bildirmək istəmirdi. Zaman keçdikcə bu sirrini bölüşmək qərarına gəlib. Psixoloqla söhbət zamanı anasının tutduğu baxıcının yoldaşı və onun dostu tərəfindən (zorakılığa-istismara) məruz qaldığını bölüşüb. Məlumat verildikdən sonra bu qeyri-insani hərəkəti edən şəxslər həbs olunublar. Bu məsələnin işıqlanmasında, hadisəni törədənlərin cəzasız qalmamasında psixoloq Gülnaz Məmmədovanın rolu çox böyük olub. Qızımız hər gün dərmanlar içərək özünü sakitləşdirməyə çalışdığını bildirir. Daha sonra sığınacağımıza gətirilən qızımız 2 ildən artıqdır ki, həyatını yanımızda davam etdirir. Aldığımız məlumata görə anası evlilik edib və 1 övladı dünyaya gəlib. Atası da həmçinin evlənərək öz həyatını davam etdirir. Anası hazırda xəstəxanada ağır xəstəliklə mübarizə aparır. Ancaq qızımız onu görmək istəmədiyini artıq öz ayaqları üzərində duraraq, işləyib yeni həyata başlamaq arzusundadır”.

Mehriban Zeynalova qeyd edib ki, Sosial Xidmətlər Agentliyi qızla bağlı müəyyən dəstək göstərməyi planlaşdırır:

“Yaxın günlərdə peşə kursuna qoyaraq aylıq müavinət də ayıracaqlar. Bu qədər ağır həyat yaşayıb çiyinlərində böyük yük daşıyan qızımızın bu gün doğum günüdür”, - deyə o, bildirib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO