AZAL-ın payız-qış cədvəli: 50-dən çox istiqamət və səyahətlər üçün yeni imkanlar

AZAL-ın payız-qış cədvəli: 50-dən çox istiqamət və səyahətlər üçün yeni imkanlar

Hazırda oxunan: AZAL-ın payız-qış cədvəli: 50-dən çox istiqamət və səyahətlər üçün yeni imkanlar

207855

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024–2025-ci illər üzrə payız-qış uçuş cədvəlini açıqlayıb. Cədvələ AZAL-ın genişləndirilmiş marşrut şəbəkəsinin 50-dən çox istiqaməti, o cümlədən iki daxili - Naxçıvan və Füzuli şəhərlərinə reyslər daxildir. 

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, cədvəl 2024-cü ilin oktyabrının sonundan qüvvəyə minəcək və 2025-ci ilin martınadək davam edəcək. Biletlərin satışı artıq başlayıb.  

Əgər qış mövsümündə istidən zövq almaq istəyirsinizsə, AZAL Dubaya, Şarm-əl-Şeyxə, Antalyaya, Ciddəyə, Dammama reyslər təklif edir.  

Qış tətilinə üstünlük verənlər üçün Soçiyə, Mineralnıye Vodıya, Almatıya, Vyanaya dağ xizək kurortlarına reyslər mövcuddur. Eləcə də, Yeni ildə Moskvaya, Sankt-Peterburqa, Praqaya, Berlinə, Astanaya və AZAL marşrut şəbəkəsində təqdim edilən digər şəhərlərə də yola düşmək olar. Tələb olunan tarixlərdə reyslərdə yerinizi təmin etmək üçün biletləri əvvəlcədən bron etməyiniz tövsiyə olunur.  

Yay mövsümündə olduğu kimi, bu mövsümdə də AZAL Avropaya, o cümlədən, Praqaya, Berlinə, Barselonaya, Vyanaya, Parisə, Londona və Kişineuya uçuşların genişləndirilmiş proqramını təklif edir. Aviaşirkətin Bakıdan Rusiyanın 13 şəhərinə və Türkiyənin 5 şəhərinə reysləri mövcuddur.  

Asiyaya səyahətlər üçün Çinə, Hindistana, Pakistana, Qazaxıstana və Özbəkistana reyslər mövcuddur. Daha çox uçuş tezliyi Bakıdan Moskvaya, İstanbula, Dubaya, Tbilisiyə planlaşdırılıb.  

Qeyd edək ki, payız-qış mövsümü üçün nəinki elə indi bilet sifariş etmək, həm də, qidalanma, normadan artıq yükün daşınması, eləcə də xüsusi daşınma növləri kimi əlavə xidmətləri sifariş etmək olar.  

Aviaşirkətin rəsmi www.azal.az saytında cədvəli, uçuş şərtlərini dəqiqləşdirmək və bilet əldə etmək, eləcə də əlavə xidmətləri sifariş etmək olar.  

Biletləri aviaşirkətin rəsmi www.azal.az saytında, yenilənmiş mobil tətbiqi vasitəsilə, eləcə də “Azərbaycan Hava Yolları”nın kassalarında və akkreditasiya olunmuş agentliklərində əldə etmək olar.  

AZAL-ın mobil tətbiqini //bit.ly/azal-app keçidindən yükləmək olar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO