Türkiyə-Azərbaycan Universitetində tədris hansı dildə APARILACAQ? – Rəsmi AÇIQLAMA

Türkiyə-Azərbaycan Universitetində tədris hansı dildə APARILACAQ? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Türkiyə-Azərbaycan Universitetində tədris hansı dildə APARILACAQ? – Rəsmi AÇIQLAMA

207849

Xəbər verdiyimiz kimi, bu il yeni tədris ilində iki yeni universitet – Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti öz tələbələrini qəbul edəcək. Artıq ixtisas seçimi də yekunlaşıb. 

Qarabağ Universitetindən mütəmadi verilən məlumatlara əsasən, artıq yüksək bal toplayan bir sıra abituriyentlər Qarabağ Universitetini seçməkdə qərarlı olublar. 

Maraqlıdır, bəs Türkiyə-Azərbaycan Universitetində vəziyyət nə yerdədir? Sözügedən universitetdə dərslər türk, yoxsa Azərbaycan dilində keçiriləcək? 
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə-Azərbaycan Universiteti bu binada fəaliyyət göstərəcək


Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, universitetdə dərslər ingilis dilində tədris olunacaq:

“Hələ ixtisas seçiminin cavabları bəlli olmadığına görə, neçə nəfərin Türkiyə-Azərbaycan Universitetini seçməsi məlum deyil. Qeyd edək ki, Türkiyə-Azərbaycan Universitetində üç ixtisas üzrə Türkiyənin müvafiq universitetlərinin proqramı əsasında tədris aparılacaq. Türrkiyə-Azərbaycan Universitetinin tərəfdaşı isə Azərbaycan Texniki Universitetdir”.

Nuranə Daxilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO