Əvvəlki illərlə müqayisədə psixoloqların və psixoloji xidmətdən yararlananların sayı artıb. Orta məktəblərdə şagirdlərin psixoloji durumu ilə məşğul olmaq üçün də məktəb psixoloqları fəaliyyət göstərir. Həmçinin, ali məktəblərdə həm “psixologiya”, həm də “təhsildə sosial-psixoloji xidmət” fakültələrinə qəbul aparılır, peşəkar mütəxəssislər hazırlanır.
Bu ixtisasa yiyələnməkdə cins məhdudiyyəti olmasa da ölkəmizdə kişi psixoloqların sayı azdır. Bu həm humanitar ixtisaslara qəbul olan qızların üstünlüyündə, həm də mətbuatda çıxış edən psixoloqların sayında özünü göstərir.
Bəs Azərbaycanda niyə kişi psixoloqların sayı azdır?
Mövzuya psixoloq Tariyel Faziloğlu münasibət bildirib. O, Bizim.Media -ya bu barədə danışaraq qızların bu ixtisasa üz tutmasının bir neçə səbəbini sadalayıb:
Qızlar həkim ola bilməyəndə psixoloq olurlar
“Bu, Azərbaycanda psixologiyaya olan meyilliliyin, insanların psixoloji savadı ilə bağlıdır. Bu gün psixologiya sahəsinə iki formada gedirlər. Birinci, IV qrupa, yəni həkimlik ixtisasına sənəd verib balı aşağı olub psixologiyaya yönəlirlər. Bu da əsasən xanımlardır. Çünki psixologiya sahəsində inkişaf eləmək çətindir.
Yəni bu sahədə peşəkarlaşmaq uzun zaman tələb edir. Amma kişilərin o qədər uzun zaman sərf etmək imkanları yoxdur, kişilər ən qısa zamanda pul qazanmalıdırlar. O baxımdan, kişilərin psixoloq kimi özlərini təsdiq eləməsi zaman alır. Ona görə də hazırda Azərbaycanda bu sahə kişilər üçün cəlbedici deyil”.
Azərbaycanda peşəkar kişi psixoloqlarının sayı bir əlin barmaqları qədərdir..
O qeyd edib ki, ölkədə çox az sayda peşəkar kişi psixoloq var:
“Bu seçim sayəsində kişilərin psixoloq kimi fəaliyyəti ölkədə demək olar ki, azdır. Baxmayaraq ki, Azərbaycanda psixologiya sahəsini başladan kişilərdir, amma sonradan bu yavaş-yavaş dəyişdi. Bu gün Azərbaycanda peşəkar kişi psixoloqların sayı bir əlin barmaqlarının sayını keçmir”.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:00 / 23.08.2024
Azərbaycanda kişi psixoloqların sayı niyə AZDIR?
Hazırda oxunan: Azərbaycanda kişi psixoloqların sayı niyə AZDIR?
Hazırda oxunan: Azərbaycanda kişi psixoloqların sayı niyə AZDIR?
207844
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.