Vətəndaşları şantaj edən sayt rəhbərləri HƏBS EDİLDİ

Vətəndaşları şantaj edən sayt rəhbərləri HƏBS EDİLDİ

Hazırda oxunan: Vətəndaşları şantaj edən sayt rəhbərləri HƏBS EDİLDİ

207835

Vətəndaşları şantaj etməkdə şübhəli bilinən sayt rəhbərləri həbs edilib. 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, “Turantv.az” rəhbəri Ramin Sadıqlı, “bölgeinfo” saytının təsisçi baş redaktoru Vüqar Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. 

Onlar 10-dan artıq vətəndaş barəsində rəhbərlik etdiyi saytlarda rusvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb etməkdə təqsirləndirilir.

Daxil olan şikayətlər üzrə aparılan araşdırmalarla onlara qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib. 

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO