Hikmət Xəlilovdan 4 milyon tələb edən şəxsin cəzası azaldıldı - FOTO

Hikmət Xəlilovdan 4 milyon tələb edən şəxsin cəzası azaldıldı - FOTO

Hazırda oxunan: Hikmət Xəlilovdan 4 milyon tələb edən şəxsin cəzası azaldıldı - FOTO

207833

Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan hədə-qorxu ilə 4 milyon manatdan çox pul tələb etməkdə təqsirli bilinərək 14 il müddətinə məhkum edilmiş Vahid Xələfovla bağlı hökmdən verilmiş şikayətə baxılıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda müttəhimin bəraəti istənilib. 

Yuxarı instansiya məhkəməsi şikayəti araşdırdıqdan sonra birinci instansiya məhkəməsinin hökmünü dəyişib. 

Xələfova xuliqanlıq və zor tətbiq etməklə özbaşınalıq maddələri ilə verilmiş ittiham ləğv edilib. Qərara əsasən, H.Xələfovun cəzası 14 ildən 13 ilə endirilib. 

Qeyd edək ki, hadisəyə səbəb müttəhimlə zərərçəkmiş arasında əvvəldən yaranan pul mübahisəsi olub. 

İttihamda deyilir ki, təqsirləndirilən şəxs H.Xəlilovu təhqir edib, əlində olan dərmansəpən aparatdan silah qismində istifadə edərək avtomobilə zərbələr endirib. Daha sonra o, üzərində olan MP- 654K markalı pnevmatik tapançanı Xəlilova tuşlayaraq hədə-qorxu ilə 4.165.000 manat pul tələb edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Xələfov ittiham olunduğu bütün maddələrlə təqsirli bilinərək 14 il azadlıqdan məhrum edilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO