Bu il neçə nəfər tələbə adını qazanacaq? - DİM sədrindən AÇIQLAMA

Bu il neçə nəfər tələbə adını qazanacaq? - DİM sədrindən AÇIQLAMA

Hazırda oxunan: Bu il neçə nəfər tələbə adını qazanacaq? - DİM sədrindən AÇIQLAMA

207820

Müsabiqəyə buraxılan təxmini 85 min nəfərdən 83 mini ixtisas seçimi edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Real TV-yə müsahibəsində bildirib. 

“Ümumi nəticələri nəzər alsaq, təxmini 61-62 min abituriyent ali məktəblərə daxil olacaq. Onlardan 27-28 mini dövlət sifarişli yerlərdə oxuyacaq. Bundan əlavə təhsil haqqında qanunun 14.8-ci maddəsi və onun bəndlərinə əsasən bir sıra şəxslər ödənişli əsaslarda universitetlərə qəbul olsa da, həmin şəxslər ödənişdən azad olunur və təhsil haqları Nazirlər Kabineti tərəfindən ödənilir. Keçən il bu bəndlərə əsasən 4 min insanın ödənişi dövlət tərəfindən ödənilib”, - Sədr qeyd edib. 

DİM Sədri bildirib ki, orta ixtisas məktəblərində 26 min nəfər qəbul olunması gözlənilir: “Ümumilikdə 86 min tələbənin 37 mini ödənişsiz təhsil alacağı ehtimal olunur”. 

M.Abbazsadə onu da əlavə edib ki, artıq ixtisas seçiminin cavabları sistemdəki təmizləmələrdən sonra açıqlanacaq: “Hazırda məlumat bazası təmizlənir. Bu isə o deməkdir ki, xüsusi təyinatlı təhsil müəssisələrinə (UFAZ, Moskva Dövlət Universiteti, Ali Hərbi Məktəb və s.) qəbul artıq bitiv və onlara qəbul olunmuş tələbələrin məlumatları ixtisas seçimi bazasından təmizlənir. Çünki bir tələbə iki təhsil müəssəsinə qəbul ola bilməz”.  

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul avqustun 19-u başa çatıb. 11 illik bazada orta ixtisas təhsil müəssisələrinə qəbulun isə ali təhsil müəssisələrinə qabulun cavabı elan olunduqdan sonra başlanması gözlənilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO