Həkimlər bu TARİXDƏN işə qəbul imtahanı VERƏCƏKLƏR – EKSKLÜZİV

Həkimlər bu TARİXDƏN işə qəbul imtahanı VERƏCƏKLƏR – EKSKLÜZİV

Hazırda oxunan: Həkimlər bu TARİXDƏN işə qəbul imtahanı VERƏCƏKLƏR – EKSKLÜZİV

207815

Məlum olduğu kimi, müəllim kimi çalışmaq istəyən şəxslər işə qəbulla bağlı hər il imtahan verirlər. Sağlamlığımızın keşikçisi hesab olunan həkimlərin də işə qəbul zamanı imtahan verəcəyi ilə bağlı xəbər vermişdik

Lakin layihənin nə zaman təsdiq olacağı və həkimlərin işə qəbul imtahanına hansı tarixdən start verəilcəyi ilə bağlı informasiya verilməmişdi. 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, həkimlərin işə qəbul imtahanı 1 yanvar 2025-ci ildən start götürəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Həkimlər də işə qəbul üçün imtahan VERƏCƏKLƏR – ÖZƏL


Qeyd edək ki, həkimlərin işə qəbul imtahanı ilə bağlı Nazirlər Kabinetinin 344 nömrəli qərarı mövcuddur. Həmin qərarda bildirilir:

“Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may tarixli 2129 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. “Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası” təsdiq edilsin (əlavə olunur). 

2. Bu Qərar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir”.

Nuranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO