Ötən gün səhhəti ilə bağlı reanimasiyaya yerləşdirilən vəkil Əsabəli Mustafayevin vəziyyəti açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə onun qızı Təhminə Əsabəli sosial şəbəkə hesabında məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Əsabəli Mustafayev reanimasiyaya yerləşdirildi
O bildirib ki, hazırda atasının vəziyyəti stabildir:
“Atam vəkil Əsabəli Mustafayevin səhhəti ilə maraqlanan dostlara təşəkkür edirəm. Çətin vəziyyəti atlatmışıq. Hazırda durum stabildir. Bir müddət xəstəxana rejimində müalicə davam edəcək. İnşallah, tez zamanda hər şey düzələcək".
Qeyd edək ki, ötən gün vəkil Əsabəli Mustafayevin səhhəti pisləşib. O, Sumqayıtda 2 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Ə.Mustafayev bir müddət əvvəl infarkt keçirib.
Bizim.Media