DİQQƏT: Bu ərazilərdə yanğın riski var

DİQQƏT: Bu ərazilərdə yanğın riski var

Hazırda oxunan: DİQQƏT: Bu ərazilərdə yanğın riski var

207799

Avqustun 22-23-də respublikanın bəzi bölgələrində isti hava şəraitinin olması proqnoz edilir. İsti hava şəraitində isə bəzi ərazilərdə, əsasən də meşə ərazilərində yanğın olması ehtimalı artır. 

Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. 

Xidmət rəisi bu səbəbdən vətəndaşları təbiətdə, xüsusən sıx meşə və ot örtüyü olan yerlərdə yanğın təhlükəsizlik qaydalarına əməl edilməsində diqqətli olmağa çağırıb. 

N.Mahmudov xidmət tərəfindən respublika ərazisində yanğına həssas bölgələrin yanğın indeksinin mütəmadi olaraq hazırlandığını da açıqlayıb: 

"Gəncə-Qazax bölgəsində Gəncə, Tovuz, Şəmkir, Tərtərdə yüksək, Ağstafa, Naftalan, Ağdamda isə çox yüksək, Quba-Xaçmaz bölgəsi üzrə Quba, Qusarda yüksək, Şabranda isə çox yüksək, Dağlıq Şirvan bölgəsində İsmayıllı, Qobustanda çox yüksək, Lənkəran-Astara bölgəsində Yardımlı, Astarada isə yüksək yanğın təhlükəsi müəyyən edilib". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO