İran silahlı qüvvələrinin baş qərargahı təkzib etdi - Rəisinin helikopteri...

İran silahlı qüvvələrinin baş qərargahı təkzib etdi - Rəisinin helikopteri...

Hazırda oxunan: İran silahlı qüvvələrinin baş qərargahı təkzib etdi - Rəisinin helikopteri...

207788

İran silahlı qüvvələrinin baş qərargahı "Fars" agentliyinin prezident İbrahim Rəisinin helikopterinin artıq çəkiyə görə qəzaya uğraması xəbərini təkzib edib.

Bizim.Media xəbər verir ki, hərbi qurum KİV-dən təhlükəsizlik mövzusunda məlumatı razılaşdırmağı tələb edib.

Qeyd edək ki, dünən “Fars” agentliyi İranın xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən İranın sabiq Prezidenti İbrahim Rəisinin helikopter qəzasında ölməsi ilə bağlı istintaqın tamamlandığını, hadisənin bədbəxt hadisə kimi təsbit edildiyini tirajlamışdı.

Bildirilmişdi ki, Rəisinin helikopterində sərnişinlərin sayı normadan artıq olub. Bu baxımdan nəqliyyat vasitəsi lazımi hündürlüyə yüksələ bilməyib və pis hava şəraitində dağa çırpılıb.

Xatırladaq ki, mayın 19-da Rəisini daşıyan helikopter İran-Azərbaycan sərhədi yaxınlığındakı Varziqan şəhəri yaxınlığında qəzaya uğrayıb.

Göyərtədə prezidentdən başqa xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti, Təbriz şəhərinin cümə imamı Məhəmməd Əli Əl-Haşim, prezidentin mühafizə rəhbəri, İslam İnqilabı Keşikçiləri Korpusunun general Mehdi Musəvi, həmçinin ekipaj komandiri polkovnik Səid Tahir Mustafavi, ikinci pilot polkovnik Möhsün Dəryanuş və texnik Bəhruz Hadi olub. Qəza nəticəsində bütün sərnişinlər və ekipaj üzvləri ölüb.
 

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO