Kürün Ağstafa rayonundan keçən hissəsində 43 yaşlı kişi BATDI

Kürün Ağstafa rayonundan keçən hissəsində 43 yaşlı kişi BATDI

Hazırda oxunan: Kürün Ağstafa rayonundan keçən hissəsində 43 yaşlı kişi BATDI

207752

Kür çayının Ağstafadan keçən hissəsində 43 yaşlı kişi batıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Kür çayının rayonun Saloğlu kəndindən keçən hissəsində baş verib. 

Ağstafa şəhəri M. Allahverdiyev küçəsinin sakini, 1981-ci il təvəllüdlü Yavər Yaqub oğlu Qasımov 3 dostu ilə balıq tutmaq məqsədilə çaya gediblər.
 

Təxminən 17:00 radələrində Y. Qasımov çımmək üçün maya girib və batıb. Hadisə yerinə xilasedicilər və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 


43 yaşlı kişinin meyiti onlar olduqları yerdən 200- 300 metr məsəfədə tapılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO