Azərbaycanda iş saatları AZALDILIR? – VİDEO

Azərbaycanda iş saatları AZALDILIR? – VİDEO

Hazırda oxunan: Azərbaycanda iş saatları AZALDILIR? – VİDEO

207729

Xəbər verildiyi kimi, Türkiyə Əmək Qanununda maaşlardan iş saatlarına, ümumi tətil ödənişlərindən çevik işə, həftəlik məzuniyyətdən illik məzuniyyətə qədər bir çox mövzuda yeni tənzimləmələr gündəmdədir.

Tənzimləmə çərçivəsində iş saatları 40 saata qədər azaldılacaq.

30 milyondan çox işçiyə birbaşa aidiyyəti olan Türkiyə Əmək Qanununa dəyişikliklərlə bağlı işlər davam edir. Əmək və Sosial Müdafiə Naziri Vedat Işıkhan da Dövlət Sektoru Əmanət və Səmərəlilik Paketinə daxil olan çevik iş modeli üzərində işlərin iyun ayında başlayacağını bildirib.

Onun sözlərinə görə, 45 saatlıq iş saatı 40 saata, bəzi peşə qruplarında 48 saatlıq iş saatı isə 40 saata endirilə bilər.
 

MÖVZU İLƏ BAĞLI:

Sahə həkimlərinin iş qrafiki MÜƏYYƏNLƏŞDİ 


Bəs, ölkəmizdə iş saatının azaldılma perspektivi nə qədərdir?

İqtisadçı ekspert Eyyub Kərimli mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanda həftəlik iş saatı 40 saatdır:

“Qanun imkan verir ki, işçi əlavə ödəniş edilməklə bir neçə saat əlavə işə cəlb edilə bilər.Hesab edirəm ki, ölkənin hazırkı iqtisadi durumu və aparılan islahatlar iş saatlarının azaldılmasını zəruri etmir. Hazırda bizdəki həftəlik iş saatının həcmi beynəlxalq təcrübəyə uyğundur. Bundan əlavə iş saatının azaldılmasının iqtisadiyyata da müəyyən mənfi təsirləri ola bilər. Ona görə də həftəlik iş saatının azaldılmasına elə bir ehtiyac yoxdur”.

“İş saatını azaltmaqdansa...”

Müsahibimiz onu da qeyd edib ki, indi bir çox sahələrdə işlər məsafədən idarə edilir:

“Bu mənada, hesab edirəm ki, iş saatının azaldılmasındansa distant iş rejiminə keçidə başlasaq, daha yaxşı olar. Bununla da bəzi əməkdaşlara ofisə gəlməmək imkanları yaradıla bilər. Bu gün rəqəmsal iqtisadiyyat inkişaf edir. Ona görə də bəzi işçilər məsafədən öz iş fəaliyyətlərini həyata keçirə bilərlər. Bu da həm iqtisadiyyatımıza, həm də insanların sosial durumuna yaxşı təsir göstərə bilər. Ən əsası paytaxtdakı hərəkət sıxlığı azalar”.



Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO