BİZİM TƏQVİM: 22 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 22 avqustda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 22 avqustda baş vermiş tarixi hadisələr

207719

1864-cü ilin 22 avqustunda İlk Cenevrə Konvensiyası imzalanıb. İlk konvensiya döyüş bölgələrində, ordularda yaralıların müalicəsi şəraitini yaxşılaşdırmaq məqsədi daşıyıb. Bu, Cenevrə konvensiyalarının dörd müqaviləsindən birincisidir. Konvensiya beynəlxalq hüququn silahlı münaqişələr zamanı qurbanların müdafiəsini təmin edən hüquqi nizamlamalarının əsasını təşkil edir. Sənəd 1906-cı ildə əhəmiyyətli dərəcədə dəyişdirilib və ikinci Cenevrə Konvensiyası ilə əvəzlənib. O, 1929-cu ildə üçüncü və nəhayət 1949-cu ildə dördüncü - sonuncu Cenevrə Konvensiyası ilə əvəz olunub. Beynəlxalq Qırmızı Xaç Komitəsi konvensiyanın müddəalarının yerinə yetirən qurumdur.

Bəs 22 avqust tarixində daha hansı mühüm hadisələr baş verib?

1. 1642-ci ilin 22 avqustunda İngiltәrәdә vәtәndaş müharibәsi başlayıb. Mәlumata görә, bu müharibә doqquz il davam edib. Kraliyyәt vә Parlament sisteminin  tәrәfdarları arasında başlayan toqquşmalar  1651-ci ilin 3 sentyabr tarixindә parlament sistemi tәrәfdarlarının әldә etdiyi qәlәbә nәticәsindә  sona çatıb.

2. 1812-ci ilin 22 avqust tarixindә İordaniyanın tarixi Petra qoruğu İsveçrәli sәyyah Con Burkhardt tәrәfindәn kәşf edilib.

3. 1846-cı ilin bu günündə Nyu-Meksika ştatı Amerika Birləşmiş Ştatlarının tərkibinə daxil edilib. 

4. 1902-ci ilin 22 avqustunda “Cadillac” avtomobil şirkəti yaradılıb. Bu şirkət “Henry Ford Company”nin bazası əsasında qurulub. Fransız tədqiqatçı Antoine de la Mothe Cadillacın şərəfinə brendə “Cadillac” adı verilib.

5. 1910-cu ilin 22 avqust tarixindә Yaponiya Koreyanı ilhaq edib.

6. 1926-cı ilin 22 avqust tarixindә Yunanıstanda Teodoros Panqalos rәhbәrliyi Yorqos Kondilis tәrәfindәn idarә olunan çevriliş nәticәsindә devrilib.

7. 1962-ci ilin 22 avqust tarixindә nüvә ilә işlәyәn ilk yük vә sәrnişin gәmisi olan ‘‘Savannah’’ ilk sәfәrini hәyata keçirib.

8. 1965-ci ilin 22 avqust tarixindә Sadun Boro ‘‘Kısmet’’ adlı yaxtası ilә 2 il 10 gün әrzindә dünya әtrafında sәyahәt edib.

9. 2017-ci ilin 22 avqust tarixindә Türkiyәnin milli gülәşçisi Rıza Kayaalp Parisdә keçirilәn 2017 Dünya Gülәş Çempionatında  3-cü dәfә dünya çempionu olub.

22 avqustda bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 22 avqust 1921-ci ildə Xalq artisti, musiqişünas, professor Adilə Məmmədova anadan olub. Bülbülün həyat və yaradıcılığı haqqında kitab və məqalələrin müəllifidir.

2. 1929-cu ilin 22 avqust tarixindә almaniyalı general Liman von Sanders vәfat edib.

3. 1965-ci ilin bu günündə şairə, tədqiqatçı və yazıçı Nuridə Atəşi anadan olub. 1995-ci ildən Almaniyada yaşayır, ədəbi-tarixi tədqiqat, tərcümə sahəsində çalışır. Əsərlərini Azərbaycan, alman və türk dillərində yazır.

4. 22 avqust 2000-ci ildə Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəy 62 yaşında dünyasını dəyişib. Elçibəyin cənazə mərasiminə 1 milyona yaxın insan qatılıb. 

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO