Orqanizmi məhv edən hazır ƏRİŞTƏLƏR – Kimlər üçün DAHA TƏHLÜKƏLİDİR?

Orqanizmi məhv edən hazır ƏRİŞTƏLƏR – Kimlər üçün DAHA TƏHLÜKƏLİDİR?

Hazırda oxunan: Orqanizmi məhv edən hazır ƏRİŞTƏLƏR – Kimlər üçün DAHA TƏHLÜKƏLİDİR?

207714

Bir çox insan, xüsusilə, tələbələr həm vaxtlarına qənaət etmək, həm də  hazırlanması daha rahat olduğu üçün paketləşdirilmiş qidalara üstünlük verirlər. Bu qidalara ölkəmizdə “ rolton”, “noodle”  və s.  adlarla tanınan ramen əriştələr də daxildir.

Bu əriştələr çox sevilsə də, mütəxəssislər onların qəbulunu heç də tövsiyə etmirlər. Belə ki, araşdırmalara görə, tərkibində zülalın, vitaminlərin, mineralların  az olduğu bu qidalar uzun müddət həzm edilmir.

Kimyəvi maddələrdən ibarət kütlə...

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova Bizim.Media-ya açıqlamasında bu əriştələrin sağlamlığa digər təsirləri barədə açıqlama verib.
 

MÖVZU İLƏ BAĞLI:

Süni uşaq qidalarının orqanizmə hansı FƏSADLARI var? – Pediatrdan XƏBƏRDARLIQ


O vurğulayıb ki, belə əriştələr bizim bildiyimiz əriştələrdən deyil, kimyəvi maddələrdən ibarət kütlədir:

"Bununla qidalanan insanların daxili orqanlarında bir çox xəstəlik və həzm problemi yaranır. Belə əriştələrin uzun müddət xarab olmaması üçün tərkibində bəzi maddələr var. Bu maddələrin insan orqanizminə təsiri isə müzakirə mövzusudur.

Məhsulun uzun müddət qalması, isti suya qatıldıqda öz formasını itirməməsi üçün tərkibinə müəyyən kimyəvi qatqı maddələri vurulur. Buna görə də bu əriştələr mədədə saatlarla olduğu kimi qalır. Bu da birbaşa olaraq həzm prosesinin pozulmasıyla nəticələnir”.

Adətən əriştələrin yanında müxtəlif növ yağlar, ədviyyətlar və qurudulmuş tərəvəzlər də olur. Bəs bunlar da ziyanlıdırmı?

“Əriştələrin yanında istifadə olunan dadlandırıcılarda Monosodyum glutamate, xalq arasında tanınan adıyla Çin duzunun sintetik versiyasından istifadə edilir. Nəticədə ağızdakı dad reseptorları pozulur və həmin qidadan asılılıq yaranır. Bu asılılıq da gələcəkdə böyrək və qaraciyər çatışmazlığına,  mərkəzi beyin sisteminin sıradan çıxmasına, erkən yaşda alzheimerin yaranmasına, gənclərdə yuxusuzluğun, yorğunluğun, diqqətsizliyin artmasına səbəb olur.

Bəzən bu məhsulların yanında xoş görünsün deyə qurudulmuş tərəvəzlər də qoyulur. Ancaq bunlar da qidalanmaya yararlı deyil. Çünki uzun müddət qalmaları, iylənməmələri üçün tərkiblərinə müxtəlif kimyəvi maddələr qatılır.

Həmçinin, əriştənin üzərinə tökmək üçün  qoyulan yağlar palma və ya mənşəyi bəlli olmayan yağlardır. Bir qida məhsulunda bu qədər zərərli kimyəvi maddənin olması insan orqanizmində ciddi fəsadlara yol açır”,- deyə müsahibimiz bildirib.

Bu qidalar 20 yaşa çatmayanlar üçün daha təhlükəlidir

“Məhsulun tərkibində orqanizmə faydalı makro və mikro elementlər olmadığı üçün 20 yaşa qədər insanlar üçün daha təhlükəlidir. Çünki həmin yaşa qədər orqanizm daim inkişaf etdiyi üçün keyfiyyətli, qida elementləri ilə zəngin, sağlam qidalardan istifadə edilməlidir”.

Məsələylə bağlı həkim-cərrah Adil Qeybulla da öz fikirlərini bölüşüb. O da konservləşdirilmiş qidaların tərkibindəki maddələrin müxtəlif xəstəliklərin yaranmasına səbəb olduğunu vurğulayıb:

“Belə qidaların tərkibində istifadə olunan trans yağlar damarların tıxanmasına səbəb olur. Çünki bu yağlar orqanizmdə xolesterinin miqdarını artırır, nəticədə zədələnmiş arteriyal damarların divarını daraldır. Bu da ürək-damar xəstəliyinin yaranması ilə nəticələnir.”

Nəzrin Mirzəyeva, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO