“Azparking”in növbəti OYUNU - Sistemdə çıxışını təsdiq etməyi unudan sürücülərə niyə bildiriş GƏLMİR?

“Azparking”in növbəti OYUNU - Sistemdə çıxışını təsdiq etməyi unudan sürücülərə niyə bildiriş GƏLMİR?

Hazırda oxunan: “Azparking”in növbəti OYUNU - Sistemdə çıxışını təsdiq etməyi unudan sürücülərə niyə bildiriş GƏLMİR?

207671

Ötən ildən paytaxtın müxtəlif yerlərində avtomobillərin saxlanma müddətinə görə ödənişlər müəyyən olunub. Bu xidməti “Azparking” həyata keçirir. Avtomobillərin parklanması üçün ayrılan yerlərdə olan “Azparking” əməkdaşları sürücülərin sistemdən istifadəsinə nəzarət edir, əgər sürücü avtomobili saxlayıb sistemi işə salmadısa, cərimə də həmin əməkdaşlar tərəfindən qeyd olunur.

Avtomobilini park edən sürücülər hansı zaman müddətində parklanma ərazisində olacaqlarını bilmədikləri üçün öncədən konkret vaxt seçə bilmirlər.

Əvvəllər bildiriş göndərilirdi, indi isə...

Sürücülər avtomobili saxlayarkən müəyyən vaxt seçirlər və seçdikləri vaxtın bitməsinə 10 dəqiqə qalmış tətbiq parklanma vaxtının bitməsinin yaxınlaşması ilə bağlı sürücüyə xəbərdarlıq bildirişi göndərirdi. Yəni tətbiqin əvvəlki variantında avtomobil parklanma ərazisində bir saatdan çox qalanda təxminən 50-ci dəqiqədə vaxtın bitəcəyi haqqında sürücü bildiriş alırdı.

Lakin bir müddətdir həmin funksiya ləğv edilib. Nəticədə sistemdə çıxışını təsdiq etməyi unudan sürücünün avtomobili parkinq ərazisində olmasa da, ona hər saata görə müəyyən edilmiş məbləğdə pul yazılır və balansdan çıxılır.

Maraqlısı budur ki, parklanmaya görə tətbiqi işə salmayanda “Azparking” əməkdaşları sürücülərə cərimə yazır, lakin avtomobil parklanma yerində olmadığı halda əməkdaşlar bunu qeyd etmirlər.

“Məsuliyyət bilavasitə sürücünün üzərindədir”

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, artıq 1 ildir ki parklanma yerləri yeni qaydalar əsasında idarə olunur:
 

MÖVZU İLƏ BAĞLI:

"AzParking" tətbiqində xəbərdarlıq funksiyası niyə ləğv edilib? - RƏSMİ AÇIQLAMA/VİDEO


“Parklanmaya görə ödənişin həyata keçirilməsi qaydalarına əsasən, sürücü avtomobili parklanma məntəqəsində park etdiyi zaman dərhal vaxtı açmalı və avtomobil məntəqəni tərk etdikdə sonlandırmalıdır. Bu prosesin düzgün reallaşdırmamasına görə məsuliyyət bilavasitə sürücünün üzərindədir.

Parklanmaya nəzarət edən xüsusi ayrılmış əməkdaşların hər məntəqədə olması mütləq və məcburi deyil. Hər bir parklanma məntəqəsində parklanmanın və ödənişlərin həyata keçirməsi qaydalarını əks etdirən məlumat lövhələri quraşdırılıb. Sürücülər məlumat lövhələrindəki informasiyaya uyğun olaraq parklanma prosesini reallaşdıra bilərlər”.

Qurumun məlumatında o da qeyd edilib ki, parklanmanın hər növbəti saata keçidində vətəndaşa bu barədə bildirişlər gəlməkdə davam edir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO