Baş redaktor: “Media seçki prosesi üzrə vəzifələrini layiqincə yerinə yetirir”

Baş redaktor: “Media seçki prosesi üzrə vəzifələrini layiqincə yerinə yetirir”

Hazırda oxunan: Baş redaktor: “Media seçki prosesi üzrə vəzifələrini layiqincə yerinə yetirir”

207664

“Azərbaycan mediasının seçki prosesini sərbəst şəkildə işıqlandırması üçün bütün şərtlər təmin edilib. Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkiləri, səsvermə prosesini azad şəkildə işıqlandıracağıq”.

Bizim.Media xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “Demokrat.az” saytının baş redaktoru Vasif Həsənli deyib.

Baş redaktor bildirib ki, medianın seçki prosesindəki rolu qanunvericiliklə tənzimlənir:

“Mərkəzi Seçki Komissiyası qanunun tələbinə uyğun olaraq, seçkilərin təşkili prosesində media ilə koordinasiyalı şəkildə işləyir. İctimaiyyətin seçki ilə bağlı maarifləndirilməsi media vasitəsilə həyata keçirilir. Bununla yanaşı, qeydə alınmış namizədlərin seçkiqabağı təşviqat kampaniyası ödənişsiz və ödənişli qaydada media subyektləri tərəfindən aparılır. Bu, medianın seçkilərin təşkili prosesinin ən mühüm kompenentlərindən biri olduğunu göstərir”.

V.Həsənli medianın seçkiqabağı təşviqat kampaniyasının qaydalara uyğun apardığını diqqətə çatdırıb.

“Ödənişli təşviqatda iştirak etmək üçün 58 media subyekti müraciət edib. Prosesə onlayn media subyektlərinin də qoşulması əhəmiyyətlidir. Bu, həm medianın inkişafına və seçki təcrübəsinin zənginləşməsinə təsir göstərir, həm də namizədlərin öz təşviqatını daha geniş auditoriyaya çatdırmasına şərait yaradır. Çünki onlayn medianın auditoriyası daha genişdir və hazırda cəmiyyətin informasiya təminatında əsas paya sahibdir. Mediada davam edən seçkiqabağı təşviqatda bütün qaydalara əməl edilməsi ölkədə demokratik və qanunlara uyğun seçki mühitinin mövcudluğundan xəbər verir”, - o bildirib.

Azərbaycanın demokratik və şəffaf seçki nümunəsi yaratdığını deyən baş redaktor qeyd edib ki, ölkəmiz seçkilərdə medianın fəaliyyətinə yaradılan şəraitə görə də örnəkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO