ÜST: Meymunçiçəyi ilə bağlı yeni pandemiya dövrü yaşanacağı üzrə narahatlığa əsas yoxdur

ÜST: Meymunçiçəyi ilə bağlı yeni pandemiya dövrü yaşanacağı üzrə narahatlığa əsas yoxdur

Hazırda oxunan: ÜST: Meymunçiçəyi ilə bağlı yeni pandemiya dövrü yaşanacağı üzrə narahatlığa əsas yoxdur

207656

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret Harris bildirib ki, bəşəriyyətin COVID-19 kimi yeni pandemiya dövrü yaşanacağı ilə bağlı narahatlığına əsas yoxdur.

Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, Harris qlobal araşdırma altında olan və ÜST-nin keçən həftə yayılmasını “beynəlxalq narahatlıq doğuran ictimai sağlamlıq fövqəladə hal” kimi elan etdiyi meymunçiçəyi (“Mpox”) virusu ilə bağlı fikirlərini çatdırıb.
 

Virusun sürətlə yayılmasının dünya gündəmində olduğunu qeyd edən Harris əlavə edib, “Mpox” virusunun iki genetik növü var. Onun sözlərinə görə, keçən il ortaya çıxan yeni virus növü olan “Clade 1b” çox sürətlə yayılır və xüsusilə uşaqlar arasında ölüm nisbəti yüksəkdir. “Bizi çox narahat edən odur ki, çox sürətlə yayılan virus digər ölkələrdə də qeydə alınıb. Burundi, Ruanda, Uqanda və Keniya buna misaldır”, -deyə ÜST-nin sözçüsü bildirib.


“Mpox” virusunun yeni növü olan “Clade 1b” səbəbindən ölüm nisbətlərinin daha yüksək olduğunu ifadə edən Harris qeyd edib ki, xüsusən münaqişə zəminində məcburi köçkün olan azyaşlı uşaqlar immun sisteminin zəif olması üzündən daha tez-tez yoluxurlar. Onun sözlərinə görə, adi çiçək xəstəliyinə və HİV-ə yoluxmuş şəxslərin “Mpox” virusuna yoluxma və ölüm ehtimalı daha yüksəkdir.

“Mpox” virusunun spesifik müalicəsinin olmadığını qeyd edən Harris bildirib ki, ona qalib gələ biləcək antiviral dərman yoxdur, amma simptomatik müalicə müsbət nəticə verir. Onun sözlərinə görə, virusa yoluxan xəstələrə qızdırmanı aşağı salan və ağrıkəsici dərmanlar verilməli, həmçinin onlar təcrid edilməlidir.

Harris qeyd edib ki, çiçək xəstəliyinə qarşı hazırlanmış peyvəndlər “Mpox”a qarşı da istifadə oluna bilər. O, habelə bu xəstəliklə bağlı karantin rejimi elan etməyə ehtiyac olmadığını deyib. Xəstələrlə təmasda olanlar isə 4 gün ərzində peyvənd olunmalıdır.

“Mpox” virusunun yayılma tendensiyasını izləmək üçün yaxşı laboratoriya diaqnostikasına ehtiyac olduğunu deyən Harris, bu xəstəliyə qarşı mübarizədə cəmiyyətlərin iştirakının vacibliyinə diqqət çəkib. O vurğulayıb: “Biz “Mpox” virusunun bütün dünyaya yayılmasını və pandemiyaya çevrilməsini istəmirik. Bu, COVID-19-dan çox fərqli bir virusdur, başqa şəkildə yayılır. COVID-19 hava yolu ilə ötürülür, “Mpox” isə çox yaxın fiziki təmasla yayılır. Buna görə də fiziki təmasla bağlı araşdırmalar havada yayılan virusun qarşısını almaqdan daha asandır.

Biz bu virusun səhiyyə sistemlərinə yeni təzyiq göstərməsini istəmirik, ona görə də pandemiyanın qarşısını almaq üçün beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyəti elan edilib”, -deyə ÜST-nin sözçüsü vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO