Bakıda əyləci xarab olan maşın dəhşət yaşatdı - VİDEO

Bakıda əyləci xarab olan maşın dəhşət yaşatdı - VİDEO

Hazırda oxunan: Bakıda əyləci xarab olan maşın dəhşət yaşatdı - VİDEO

207646

Bu günlərdə Bakının qəsəbələrindən birində qeyri-adi yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Belə ki, park edilmiş yük maşınının əyləc sistemindəki nasazlıq səbəbindən nəqliyyat vasitəsi arxaya doğru hərəkət etməyə başlayıb. Bu zaman arxada dayanmış minik avtomobilinin sürücüsü yük maşınının gəldiyini görərək maşını tərk edib və geriyə doğru qaçıb. Nəticədə yük maşını onun avtomobilinə çırpılıb, sürücü isə ayağının büdrəməsi ilə yola yıxılıb. Nəticədə geriyə doğru hərəkət edən və sürücüsüz olduğu bildirilən yük maşını onun üstündən keçib.

Minik avtomobilinin sürücüsünün taleyi barədə dəqiq məlumat yoxdur.

Hadisənin görüntülərini təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO