Mirzəağa Əliyev küçəsindəki “ÖLÜM ÇUXURU” – Niyə heç bir təhlükəsizlik tədbiri görülmür? – FOTOFAKT

Mirzəağa Əliyev küçəsindəki “ÖLÜM ÇUXURU” – Niyə heç bir təhlükəsizlik tədbiri görülmür? – FOTOFAKT

Hazırda oxunan: Mirzəağa Əliyev küçəsindəki “ÖLÜM ÇUXURU” – Niyə heç bir təhlükəsizlik tədbiri görülmür? – FOTOFAKT

207645

Son dövrlərdə Bakının küçə və prospektlərinin bir çoxunda yenidənqurma və təmir işləri aparılır. Bu, təbii ki, təqdirəlayiq haldır. Lakin təmir aparan qurumların işə başdansovdu yanaşması bəzi hallarda ciddi problemlərin yaranmasına səbəb olur.

Məsələn, paytaxtın Mirzəağa Əliyev küçəsində xeyli zamandır ki, təmir işləri aparılır. Eyni zamanda, yeraltı kommunikasiya xətləri yenilənir.

Ancaq hissə-hissə təmir edilən yolda heç bir təhlükəsizlik tədbiri görülmür.

Bizim.Media-nın lentə aldığı fotolardan da açıq şəkildə görünür ki, təmir gedən ərazidə heç bir təhlükəsizlik tədbiri, xəbərdarlıqedici lövhələr yoxdur. Əsas təhlükə doğuran məqam isə qeyd olunan küçədə qazılan çuxurun birbaşa döngədə yerləşməsidir. Belə ki, Səməd Vurğun küçəsində hərəkət edən avtomobillər Mirzəağa Əliyev küçəsinə dönmək istədikləri anda qarşılarına “sürpriz” çıxır.

Nəticədə, ani diqqətsizlik ağır qəzaya səbəb ola bilər.



Digər tərəfdən, sözügedən küçədə avtomobillər üçün yalnız bir hərəkət zolağı var, digər zolaq isə velosipedlər üçün ayırılıb. Lakin avtomobillər üçün ayrılan zolaqda sözügedən çuxurun qazılması səbəbindən, sürücülər velosiped yoluna daxil olmaq məcburiyyətində qalırlar. Bu isə həm qanun pozuntusu, həm də velosiped sürücüləri üçün təhlükəli vəziyyətin yaranması deməkdir.

Bəs, yollarda təmir işləri aparan qurumlar bu cür riskləri niyə nəzərə almır?

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.







Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO