Bakıya su nə zaman qrafiklə veriləcək? - RƏSMİ CAVAB - VİDEO

Bakıya su nə zaman qrafiklə veriləcək? - RƏSMİ CAVAB - VİDEO

Hazırda oxunan: Bakıya su nə zaman qrafiklə veriləcək? - RƏSMİ CAVAB - VİDEO

207622

Bakının su təminatında əsas rol oynayan Oğuz-Qəbələ-Bakı su kəmərində qəza baş verən ərazidə təmir-bərpa işləri hələ də bitməyib və davam edir.

Bizim.Media xəbər verir ki, mövzuya İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu münasibət bildirib.

Onun sözlərinə görə, qəza səbəbindən paytaxt Bakının bir neçə rayonunun bəzi ərazilərində fasiləsiz su təminatında problemlər yaranıb. Avqustun 22-dən etibarən mərhələli şəkildə paytaxt ərazisinə suyun verilməsinin əvvəlki qaydada olacaq.

Ceyhun Musaoğlu paytaxtda ehtiyyat su ambarlarının vəziyyətindən də danışıb. O, bu kimi qəza hallarında ambarlarda olan su ehtiyyatı hesabına paytaxt ərazisinə fasilələrlə də olsa, suyun verildiyini qeyd edib.

Qurumun rəsmisi nisbətən yaxın tarixdə çəkilən Oğuz-Qəbələ-Bakı su xəttində tez-tez bu cür qəza hallarının baş verməsinə də münasibət bildirib.

Xatırladaq ki, son bir neçə gündə artıq paytaxtın bəzi ərazilərində ikinci dəfə suyun əvvəlki qrafiklə verilməsində fasilələr yaranıb. Bildirildi ki, həmin xəttin bərpası üçün 24 saat iş aparılır və tezliklə yekunlaşacaq.

Daha ətraflı Xəzər televiziyasının videomaterialında:

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO