“Gənclik”x9d və “20 Yanvar”x9d stansiyalarının memarı haqqında bilmədikləriniz

“Gənclik”x9d və “20 Yanvar”x9d stansiyalarının memarı haqqında bilmədikləriniz

Hazırda oxunan: “Gənclik”x9d və “20 Yanvar”x9d stansiyalarının memarı haqqında bilmədikləriniz

207611
AMEA Mərkəzi Elmi Kitabxanasının təlim iştirakçısı tərəfindən “Azərbaycanca Vikipediya”x9dsında memar Konstantin Sençixin haqqında məqalə yaradılıb.

O, Bakı metropoliteninin “Gənclik”x9d, “Depo”x9d və “20 Yanvar”x9d stansiyalarının memarı olub.

Sençixin Konstantin İvanoviç 1905-ci ildə Bakı şəhərində dünyaya gəlib ömrünün sonunadək Bakı şəhərində yaşayıb. O, eyni zamanda “Artistlər Evi”x9dnin memarı olub. Bununla bağlı maraqlı tarixçə var. Sençixin onu bu cür xatırlayır: “1938-ci ildə Moskvada Azərbaycan SSR mədəniyyəti dekadası keçirilir. “Koroğlu”x9d operasında əsas rolu Bülbül oynayır. Tamaşaçılar arasında yer alan Stalin operadan sonra deyir: “Bu cür istedadlı artistlər Bakıda yaxşı mənzillərdə yaşamalıdır”x9d. Bundan sonra sovet hökuməti Bakıda artistlər və musiqiçilər üçün yaşayış binasının tikintisinə dərhal 3 milyon rubl vəsait ayırır”x9d.
Onun son işi 20 yanvar metrostansiyası olub. Bu stansiyanın layihəsini o Tokay Məmmədovla birgə hazırlayıb. O vaxt çox xəstə olduğuna görə stansiyanın layihəsini də xəstəxana da işləyirdi. Təəssüflər olsun ki, layihəni sona çatdırsa da stansiyanın açılışna qədər dünyasını dəyişir.(publika.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO