Böyük Britaniyada minlərlə insan COVID-19 peyvəndinin sağlamlıqlarına vurduğu zərərə görə hökümətdən təzminat tələb edib. Bu barədə "The Daily Telegraph" yazıb. Təxminən 14 min britaniyalının şikayət etdiyi qeyd edilib. Məlumata görə, insult və infarkt keçirmiş, təhlükəli qan laxtalanması, onurğa beyninin iltihabı, əzaların həddindən artıq şişməsi və üz iflicindən əziyyət çəkən insanlara hökumət artıq müəyyən ödənişlər edib.
Şikayətlərin təxminən 97%-i Britaniyanın "AstraZeneca" əczaçılıq şirkəti tərəfindən istehsal olunan vaksinlə peyvənd edilmiş şəxslərdən gəlib. Qalan şikayətlər isə ABŞ-nin "Pfizer" və ya "Moderna" şirkətlərinin istehsal etdiyi peyvəndləri alanlardan olub.
Koronavirusa qarşı peyvəndlərin mənfi təsirləri varmı?
Koronavirus pandemiyası zamanı Azərbaycanda da bu peyvəndlərdən istifadə olunurdu. Virusa qarşı effektiv olsa da, sözügedən peyvəndlərdən sonra ölkədə ürək xəstəliklərinin və qəfil ölümlərin artdığı iddia olunur. Bəziləri tətbiq edilən peyvəndlərin ürək, qan-damar sisteminə mənfi təsir etdiyini qeyd edirlər.
Bəs Azərbaycanda bu araşdırılırmı? Ümumiyyətlə, sözügedən vaksinlərin əlavə təsirləri bu günədək araşdırılıbmı və iddialar əsaslı ola bilərmi?
Mövzuya münasibət bildirən həkim-trapevt Rasif Bağırov Bizim.Media-ya deyib ki, bu peyvəndlərin tətbiqindən sonra xəstəlik və əlamətlərin meydana çıxması ilə bağlı iddialar haqda ətraflı məlumat toplanmayıb:
“Bəzən aparıcı rol oynamayan infomasiya vasitələrində ajiotaj yaratmaq üçün müəyyən yazılar verə bilərlər. Çünki koronavirusdan əziyyət çəkənlərə vurulan vaksinlərə görə hansısa xəstəliklərin meydana gəlməsi araşdırılmayıb. Yəni peyvəndlərin ürək-damar sisteminə, infakt və yaxud müxtəlif xəstəliklərin yaranmasına səbəb olduğuna rast gəlməmişəm. Statistik rəqəmlər var, əgər əvvəlki dövrlərə nisbətən insanlarda həmin xəstəliklərin sayı kəskin şəkildə artarsa, yoxlamalar zamanı bu artımın əmələ gəlməsində bilavasitə sözügedən vaksinlərin rolu olmuş olarsa, məsələ o cür yanaşıla bilər”.
“Çinin koronavirusa qarşı vaksini insanları öldürürdü”
Həkim hesab edir ki, adıçəkilən vaksinlərin tətbiq olunduğu insanlarda narahatlıq hiss etməyib. Rasif Bağırovun sözlərinə görə, COVID-19 vaksinləri müasir üsullarla hazırlanıb:
“Həmin vaksinlər molekulyar səviyyədə nanotexnologiya, genetik üsullarla hazırlanmış vaksinlərdir. Hesab edin ki, hepatit B-ə qarşı vaksin hardasa 20 ilə yaxındır buraxılır və tətbiq olunur. O da genetik üsulla hazırlanır. Yəni hepatit B vaksini hansı formada hazırlanıbsa, koronavirusa qarşı olan vaksinlər də o texnologiya ilə hazırlanıb. Necə olur ki, digəri haqqında mənfi rəy verilmir, amma koronavirusa qarşı hazırlanan vaksin haqqında söz-söhbət səngimir?!
Hələ COVID-19 xəstəliyi yayıldığı vaxt xəstəlik əleyhinə müxtəlif ölkələrində, xüsusilə, islam ölkələrində xristianları günahlandırmaq üçün müxtəlif böhtanlar işlədirdilər. Adamları o qədər inandırmışdırlar ki, insan qonşusunun ölümünə inanmırdı ki, koronavirus deyilən şey yoxdur. Yəni kifayət qədər belə şeylərə rast gəldik. Xəstəlik vaksinlərin sayəsində azaldı.
O vaksinlərin içərisində ən empirik üsulla hazırlanan Çin vaksini idi. Heç onun adı çəkilmir. Çinin vaksini gözümümzün qabağında adamı öldürürdü, amma heç onun adı çəkilmir. Niyə? Deməli, bu məlumatlar məqsədli şəkildə yayılan məlumatlardır”.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:30 / 21.08.2024
COVİD peyvəndlərinin fəsadları ÜZƏ ÇIXDI – “Gözümüzün önündə adamları öldürürdü”
Hazırda oxunan: COVİD peyvəndlərinin fəsadları ÜZƏ ÇIXDI – “Gözümüzün önündə adamları öldürürdü”
Hazırda oxunan: COVİD peyvəndlərinin fəsadları ÜZƏ ÇIXDI – “Gözümüzün önündə adamları öldürürdü”
207550
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.