Deputatlığa namizəd şəhid ailələrdən olan seçicilərini evlərində ziyarət edib – FOTO

Deputatlığa namizəd şəhid ailələrdən olan seçicilərini evlərində ziyarət edib – FOTO

Hazırda oxunan: Deputatlığa namizəd şəhid ailələrdən olan seçicilərini evlərində ziyarət edib – FOTO

207536

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Nigar Ələsgərova şəhid ailələrdən olan seçicilərini evlərində ziyarət edir. 

Bizim.Media xəbər verir ki, N.Ələsgərovanın ziyarət etdiyi belə ailələrdən biri II Qarabağ müharibəsində şəhid olan mayor Rüfət Əsgərovun Bakı şəhərində yaşayan ailəsi olub.  

Görüşdə şəhidimizin atası Mürvət Əsgərov oğlunun vətəninə necə bağlı olduğundan, Qarabağ uğrunda gedən döyüşlərdəki qəhrəmanlıqlarından danışıb. Şəhid atası M.Əsgərov deputatlığa namizəd Nigar Ələsgərovaya seçkilərdə uğurlar arzulayıb, ona öz xeyir-duasını verib.


N.Ələsgərova Sumqayıt şəhərində aparılan təbliğat-təşviqat zamanı antiterror əməliyyatlarında şəhid olan Zamin Abbasovun məzarını da ziyarət edib, sonra isə evində ailəsi və yaxınları ilə görüşüb. Şəhid anası, Sevda Abbasova oğlu Zaminin həyatından, onun hərtərəfli bir övlad olduğundan, orta məktəbdəki nailiyyətləri, idman sahəsindəki uğurlarından, musiqiyə həvəsindən danışıb. Onun sözlərinə görə, bütün bu nailiyyətlərinə baxmayayraq, Zamin həmişə atası kimi hərbçi olmaq istəyib, 8-ci sinifdən sonra hərbi məktəbə qəbul olunub. Şəhid anası, deputatlığa namizəd Nigar Ələsgərovaya ziyarətə görə təşəkkürünü bildirib, ona seçkidə uğurlar diləyib.

Namizəd Sumqayıtda şəhid Vüsal Allahverdiyevin ailəsini də ziyarət edib. Şəhidimizin anası Hicran Allahverdiyeva bu ziyarətdən məmnunluğunu ifadə edib, Vüsalın həyatından, xüsusən də döyüş yolundan bəhs edib. Qeyd edib ki, Vüsal 2020-ci ilin iyulun 12-də başlayan Tovuz döyüşləri zamanı General-mayor Polad Həşimov şəhid olduqdan sonra, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Qubadlı rayon şöbəsinə müraciət edib və könüllü olaraq orduya yazılıb. Sentyabrın 27-də başlayan Vətən müharibəsində Füzuli rayonunun Seyidəhmədli kəndində, Cəbrayıl və Xocavənd rayonu istiqamətində döyüşlərdə iştrak edib, böyük şücaət göstərib. Ən son oktyabr ayının 30-da Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib, lakin döyüş zamanı düşmən gülləsinə tuş gələrək, şəhidlik zirvəsinə ucalıb.


Lələtəpə yüksəkliyini fəth edən zabitlərdən biri, əsgəri ilə çiyin-çiyinə qanlı döyüş meydanına atılaraq ölümün gözünə dik baxan Şəhid polkovnik Şükür Həmidovun anası Şərqiyyə Həmidovanın səhhətində yaranan problemlər səbəbilə xəstəxanadan yeni çıxdığını öyrənən deputatlığa namizəd N.Ələsgərova  onu evində ziyarət edib. Ş.Məmmədova onu ziyarət etdiyi üçün N.Ələsgərovaya təşəkkür edib, xeyir-duasını verib, ona uğurlar arzulayıb.

Şəhid ailələrini ziyarətdə deputatlığa namizəd N.Ələsgərova torpaqlarımızın azadlığı uğurundan canından keçən hər bir şəhidimizə rəhmət, ailələrinə səbir diləyib.

Platformasında şəhid ailələri ilə bağlı xüsusi bəndin olduğunu, seçiləcəyi təqdirdə bu kateqoriyadan olan insanların problemlərini mütəmadi öyrənəcəyini və aidiyyəti qurumların köməyi, eyni zamanda şəxsi əlaqələrindən istifadə edərək həllinə nail olacağını bildirib.

Qeyd edək ki, deputatlığa namizəd N.Ələsgərovanın bu qəbildən olan ailələrlə görüşləri davam edir.

Nigar Ələsgərovanın tərcümeyi-halı: 

//nigaralasgarova.az/tercumeyi-hal/ 









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO