Aparılan tədqiqat zamanı Ağdam rayonunun Yusifcanlı və Qarağacı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Qaracalılar, Laçın rayonunun Suarası, Füzuli rayonunun Qorqan və Qarakollu kəndlərində yerləşən qəbiristanlıqların minalı olması ilə bağlı dəqiq məlumatlar var.
Bizim.Media “trend.az”a istinadən xəbər verir ki, bunu "Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi" adlı layihənin yekunlarına həsr olunmuş mətbuat konfransında "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.
O bildirib ki, Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisindəki qəbiristanlıqda minalanmış sahə aşkar olunub.
Qeyd edək ki, azad olunan ərazilərdə 12 - 18 avqust tarixlərində 31 tank əleyhinə mina, 121 piyada əleyhinə mina, 6954 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin, 1048.7 hektar ərazi minalardan təmizlənib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:26 / 20.08.2024
Ermənilər işğal illərində bu kənd qəbiristanlıqlarını MİNALAYIB
Hazırda oxunan: Ermənilər işğal illərində bu kənd qəbiristanlıqlarını MİNALAYIB
Hazırda oxunan: Ermənilər işğal illərində bu kənd qəbiristanlıqlarını MİNALAYIB
207532
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.