Şəhid atası Naxçıvan MR Ali Məclisinə namizəd oldu – FOTO

Şəhid atası Naxçıvan MR Ali Məclisinə namizəd oldu – FOTO

Hazırda oxunan: Şəhid atası Naxçıvan MR Ali Məclisinə namizəd oldu – FOTO

207517

Zamanlı Rəhman Məmməd oğlu Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçiriləcək seçkilərdə namizədliyini irəli sürüb.

Bizim.Media xəbər verir ki, R.Zamanlı 17 mart 1973-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayon Püsyan kəndində anadan olub.

1980-ci ildə Püsyan kənd tam orta məktəbinə gedib, 1990-cı ildə həmin məktəbin məzunu olub. 1991-ci ildə hərbi xidmətə çağırılıb, 1-ci Qarabağ müharibəsində döyüşlərdə iştirak edərək 1996-cı ildə Müharibə veteranı kimi tərxis olunub. 

1997-ci ildə Daxili İşlər Orqanlarında xidmətə başlayıb. 2014-cü ildə Polis sıralarından təqaüdə buraxılıb. Qüsursuz xidmətlərinə görə 2 medalı var. 

Ailəlidir, 1 oğul, 2 qız övladı var.

Rəhman Zamanlının oğlu Leytenant Məmməd Zamanlı 2020-ci ildə başlanan Vətən müharibəsində qəhrəmancasına vuruşaraq şəhid olub. Döyüşlərdə fərqləndiyinə görə Cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

R.Zamanlı namizədliyi ilə bağlı bunları qeyd edib:

“Mən 2022-ci ildən Şərur rayon Püsyan kənd tam orta məktəbində Təsərrüfat müdiri işləyirəm. Harada işləməyimdən asılı olmayaraq öz işimi vicdanla görməyə çalışmışam. Mənim üçün vicdan anlayışı, dövlətçilik və vətənpərvərlik hər şeydən öndə gəlir. İnsan harada çalışmasından asılı olmayaraq işini doğru görməli və xalqa xidmətdə qüsura yol verməməlidir. Bu mənada hesab edirəm ki, xalqa xidmət anlayışı xüsusi məsuliyyət hissi tələb edir.

Millət vəkilliyi də bu qəbildəndir. Bu yolda getmək istəyən hər kəs bunun məsuliyyətini anlamalı və ona olan etimadı doğrultmalıdır. Bu da yalnız vətənə, xalqa və dövlətə layiqli xidmətlə ölçülür. Mən xalqın içərisindən çıxmış, xalqın nəyə ehtiyacı olduğunu bilən bir şəxs kimi məsuliyyətimi tam anlayıram və sizi tam əmin edirəm ki, əgər mənə etimad göstərsəniz sizə xidməti özümə şərəf biləcək və bütün gücümlə üzərimə qoyulan vəzifəni doğrultmağa çalışacağam.

Hər birinizə təşəkkür edirəm!”


Biizm.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO