Space TV-nin yeni rəhbəri istefa verdi – “İşləyə bilməyəcəyəm” deyir 

Space TV-nin yeni rəhbəri istefa verdi – “İşləyə bilməyəcəyəm” deyir 

Hazırda oxunan: Space TV-nin yeni rəhbəri istefa verdi – “İşləyə bilməyəcəyəm” deyir 

20748

Bir neçə gün əvvəl "Space" teleradio şirkətinə rəhbər təyin olunan Ülviyyə Mikayılova bu gün istefa verib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı televiziyadakı mənbə bildirib. 

Əldə edilən informasiyaya görə o, beş gün sonra əməkdaşlara bu vəzifəni icra edə bilməyəcəyini deyib.

Səbəb kimi də çoxsaylı problemlərin olduğu və sırf maarifçilik kanalına çevirmək istəyinin mümkünsüzlüyü göstərilir.

Xatırladaq ki, Ü.Mikayılova Space TV-yə rəhbər təyin olunana qədər ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəri olub.


Qeyd edək ki, 2006-2021-ci illərdə "Space”in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO