Qaya Məmmədov Suraxanıda seçicilərlə kütləvi görüş keçirdi – FOTO

Qaya Məmmədov Suraxanıda seçicilərlə kütləvi görüş keçirdi – FOTO

Hazırda oxunan: Qaya Məmmədov Suraxanıda seçicilərlə kütləvi görüş keçirdi – FOTO

207479

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə 31 saylı Suraxanı II seçki dairəsindən namizəd olan Qaya Məmmədov Bu gün rayonun Qurban Abbasov adına Mədəniyyət Sarayında seçicilərlə kütləvi görüş keçirib. 

Bizim.Media xəbər verir ki, deputatlığa namizəd görüşdə çıxış edərək təşqivat kampaniyası barədə məlumat verib, seçicilərin problemləri ilə maraqlanıb. 

Tədbirdə şəhid Muxtar Qasımlının anası, rayon fəalı Almaz Qasımova, əmək veteranı, professor Aydın Abdullayev, ziyalı Ramiz Həsənov, jurnalist İlyas Rzayev, Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Niftalı Yusifov və digər sakinlər çıxış edərək öz fikirlərini və təkliflərini səsləndiriblər. 

Q.Məmmədov sonda sakinlərə təşəkkür edib: 

“Namizədliyimə verdikləri dəstəyə görə və gözləntilərini açıq və səmimi şəkildə dilə gətirdiklərinə görə hörmətli seçicilərə təşəkkür edirəm”.  

Qeyd edək ki, Q.Məmmədov Azərbaycan Respublikasının diplomatik xidmətində fəaliyyətinə 1999-cu ildə başlayıb. 

O, Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində, o cümlədən 2001-2004-cü illərdə Azərbaycan Respublikasının Almaniyada səfirliyində və 2008-2011-ci illərdə NATO yanında nümayəndəliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb. 

Qaya Məmmədov 2013-2017-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik idarəsinin rəisi vəzifəsini icra edib. O, 2018-ci ildə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin olunub. Q.Məmmədov 2022-ci ildən bəri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisidir. 














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO