Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi”nə sənəd qəbulu başa çatıb. Müsabiqəyə ümumilikdə 42 özəl məktəbəqədər təhsil müəssisəsi tərəfindən müraciət daxil olub.
Nazirlikdən Bizim.Media-ya bildirilib ki, hazırda müsabiqə iştirakçılarına və sənədlərə verilən tələblər yoxlanılır. Müsabiqənin gedişatı ilə bağlı məlumatlar Elm və Təhsil Nazirliyinin internet resursları vasitəsilə yayımlanacaq.
Qrant müsabiqəsinin məqsədi 2024–2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqları özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb etmək və təhsil haqqının bir hissəsini qrant vasitəsilə maliyyələşdirməkdir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:55 / 19.08.2024
“Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi”nə sənəd qəbulu YEKUNLAŞDI
Hazırda oxunan: “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi”nə sənəd qəbulu YEKUNLAŞDI
Hazırda oxunan: “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi”nə sənəd qəbulu YEKUNLAŞDI
207418
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.