Soltan Məmmədov Mərdəkanda seçicilərlə görüşdü - FOTO

Soltan Məmmədov Mərdəkanda seçicilərlə görüşdü - FOTO

Hazırda oxunan: Soltan Məmmədov Mərdəkanda seçicilərlə görüşdü - FOTO

207396

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə 12 saylı Xəzər birinci seçki dairəsində bitərəf namizəd Soltan Məmmədov Mərdəkan qəsəbəsində seçicilər ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, görüş Mərdəkan Mədəniyyət Sarayında baş tutub. 

Deputatlığa namizəd qəsəbə sakinlərini maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparıb, seçki platformasını müzakirə edib.  

“Sevindirici haldır ki, görüşə gələn seçicilər onları maraqlandıran, bəzən də narahat edən məsələlərə dair suallarla çıxış edir, konkret problemlərlə bağlı fikirlərimizi öyrənməyə çalışırlar. Əslində, seçici aktivliyi məhz belə olmalıdır. Yəni bizim seçkilərdə vəzifəmiz tək səsvermə prosesində iştirak deyil, həm də təmsil etdiyimiz dairənin ictimai həyatı üçün önəm kəsb edən mövzuları müzakirə etməkdir”, - o, bildirib.  

S.Məmmədov görüşlərin davam edəcəyini də əlavə edib: 

“Qarşıdakı günlərdə seçicilərimizlə görüşlərimizi davam etdirib dairəmizin ərazisinə daxil olan qəsəbələr üçün aktual məsələlərə dair fikir mübadiləsi aparacağıq, seçicilərə bu və ya digər mövzularla bağlı baxışlarımızı çatdırmağa çalışacağıq”. 

Qeyd edək ki, Soltan Məmmədov 1996-1997-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətinin Balaxanı Neft İdarəsində operator-nəzarətçi, 1997-2001-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzində mühəndis, şöbə rəisi, 2003-2005-ci illərdə Ümumdünya Səhiyyə Təşkilatında inzibati köməkçi işləyib. 
 

2005-2015-ci illərdə Rostropoviç-Vişnevskaya Fondunun Azərbaycandakı nümayəndəliyinin icraçı direktoru, 2015-2019-cu illərdə QİÇS, Vərəm və Malyariya Xəstəlikləri ilə Mübarizə üzrə Qlobal Fondun Maliyyə komitəsinin sədri (ictimai əsaslarla), Direktorlar Şurasının üzvü (ictimai əsaslarla) olub. 


2015-2020-ci illərdə Heydər Əliyev Fondunun Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin aparıcı mütəxəssisi, müdiri, Beynəlxalq əlaqələr departamentinin rəisi vəzifələrində çalışıb. 

O, Milli Məclisin 14 saylı Xəzər seçki dairəsi üzrə VI çağırış deputatı olub. Texnika üzrə fəlsəfə doktorudur. 

S.Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 6 may 2019-cu il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. 


































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO