Valideynlərə XƏBƏRDARLIQ - "Planşetdən mütəmadi istifadə uşaqlarda aqressiyanı artırır"

Valideynlərə XƏBƏRDARLIQ - "Planşetdən mütəmadi istifadə uşaqlarda aqressiyanı artırır"

Hazırda oxunan: Valideynlərə XƏBƏRDARLIQ - "Planşetdən mütəmadi istifadə uşaqlarda aqressiyanı artırır"

207387

Kanadada bu yaxınlarda aparılan bir araşdırma göstərir ki, uşaqların tabletdən çox istifadəsi onların yaşıdlarına nisbətən daha əsəbi olmalarına səbəb olur.

Bildiyiniz kimi, smartfon və planşetlər bu gün valideynlərin ən böyük köməkçilərindən biridir. Bir çox valideynlər övladlarını məşğul saxlamaq üçün planşetlərdən kömək alırlar. Lakin ekspertlər xəbərdarlıq edir ki, bu yardımlar uzunmüddətli perspektivdə vəziyyəti daha da pisləşdirə bilər.

Uşaqlarda qəzəbi idarə etmə problemi

Kvebekdəki Sherbrooke Universitetinin tədqiqatçıları 315 valideyndən övladlarının 3-5 yaşlarında planşetdən istifadə vaxtını qeyd etməyi xahiş ediblər. Ailələrdən də bu yaşda uşaqlarının qəzəb ifadələrini bildirmələri istənilib. Ümumilikdə, uşaqların 3 yaşında ikən həftədə orta hesabla 6,5 saat və ya gündə təxminən 1 saat tablet istifadə etdiyi müşahidə edilib.

Lakin qrupdakı bəzi uşaqlar gündə 5 saatdan çox planşetdən istifadə ediblər. Təhlil göstərib ki, 3 yaşında planşetdən istifadənin 1 saat 15 dəqiqə artması 4-5 yaşa qədər hirs və əsəbi ifadələrin 22 faiz artmasına gətirib çıxarır. Bu ifadələrə misal olaraq, uşaqların yatmazdan əvvəl gərgin olmaları və ya istədikləri bir şey edilmədikdə qəzəblənmələri ola bilər.

Uşaqlar tez-tez tabletlərlə tək qalırlar

JAMA Pediatrics elmi jurnalında dərc edilən araşdırmanın yekun məqaləsində belə yazılır:

"Üç yaşına kimi uşaqlar mobil cihazları təkbaşına idarə edə bilirlər. Valideynlər bildirirlər ki, onlar uşaqları mühüm tapşırıqları və gündəlik məsuliyyətlərini yerinə yetirərkən əyləndirmək üçün tez-tez telefon və planşetlərdən istifadə edirlər. Bu da valideyn-uşaq ünsiyyətini azaldır".

Araşdırmanın müəlliflərindən biri olan prof. Dr. Carolina Fitzpatrick, verdiyi açıqlamada da tabletdən istifadənin uşaqlara olan ziyanından danışıb. 

"Dayələr də deyirlər ki, uşaqlar güclü emosiyalar yaşadıqlarında onları sakitləşdirmək üçün tabletlərdən istifadə edirlər. Bu strategiya uzun müddətdə əks nəticə verə bilər, çünki uşağın duyğularını idarə etmə qabiliyyətinə mane ola bilər. Valideynlər emosiyaların idarə edilməsi bacarıqlarının formalaşmasına kömək etmək üçün birlikdə kitab oxumaq və ya xəyali oyunlar oynamaq kimi fəaliyyətləri də sınaya bilərlər”.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO