Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə START VERİLİR

Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə START VERİLİR

Hazırda oxunan: Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə START VERİLİR

207370

19 avqust saat 15:00-dan etibarən 2024-2025 tədris ili üzrə 34 təhsil müəssisəsində mərkəzləşdirilmiş qaydada qəbul keçirən lisey və gimnaziyalara II mərhələ üzrə lisey seçimlərinə start verilir. 

Bu barədə Bizim.Media-ya Təhsil İnstitundan məlumat verilib. 

Qeyd edilib ki, bu mərhələ 1-ci seçimdən sonra boş qalan yerlər üçün nəzərdə tutulur. 
 

Şagirdlərin elektron yerdəyişmə portalında (//sy.edu.az) “İmtahanlar” bölməsinə daxil olaraq seçim etmək mümkündür. Bu mərhələdə 2 seçim şansı verilir və aşağıdakı şagirdlər iştirak edə bilər: 


• 10 baldan yuxarı nəticə göstərən; 

• I mərhələdə seçim edib, qəbul olmayan; 

• I mərhələdə seçim edib qəbul olan təsdiqləməyən/imtina edən/təsdiqləyib sənədlərini qəbul olduğu müəssisəyə təqdim etməyən; 

• I mərhələdə seçim etməyən şagirdlər. 

Bildirək ki, II mərhələ lisey və gimnaziya seçimi 21 avqust saat 17:00-da başa çatacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO