Sumqayıtda un məmulatları müəssisəsində nöqsanlar aşkarlandı - FOTO

Sumqayıtda un məmulatları müəssisəsində nöqsanlar aşkarlandı - FOTO

Hazırda oxunan: Sumqayıtda un məmulatları müəssisəsində nöqsanlar aşkarlandı - FOTO

207359

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Sumqayıt şəhəri, C.Cabbarlı küçəsi 91 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mamedov Nugzariyə məxsus “İstanbul” un məmulatları müəssisəsində plandankənar yoxlama keçirib. 

Bizim.Media xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib. 
 

Baxış zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, həmçinin istehsal sahəsində xammal məhsullarının markalanmasının qanunvericiliyin tələblərinə cavab vermədiyi və istifadə müddəti bitmiş məhsullar aşkarlanıb. 


Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati qərar qəbul edilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO