Azərbaycanlı əkizlərdən biri ABŞ, digəri Britaniya universitetinə qəbul olundu

Azərbaycanlı əkizlərdən biri ABŞ, digəri Britaniya universitetinə qəbul olundu

Hazırda oxunan: Azərbaycanlı əkizlərdən biri ABŞ, digəri Britaniya universitetinə qəbul olundu

207327

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) məzunları Rəşad və Rəşid Azadlı qardaşları “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanıblar.

Bizim.Media xəbər verir ki, əkizlər BANM-da eyni ixtisasla yanaşı, həm də eyni qrupda təhsil alıblar.
 

Rəşad Azadlı -  (2024-cü il məzunu) ABŞ-ın Texas A&M Universitetinin Təhlükəsizlik mühəndisliyi ixtisasında magistratura təhsili alacaq. Rəşad 2019-cu ildə 679,3  balla BANM-ın Neft-qaz mühəndisliyi ixtisasına daxil olub. 


Prezident təqaüdçüsü idi. Tələbəlik illərində SOCAR-ın “Gənc İstedadlar Proqramı”nın qalibi olub. Ölkə daxili və xaricində bir sıra yay məktəblərində iştirak edib. “bp Summer Engineering School”, bp-nin təlim düşərgəsi və Polşanın Krakov şəhərində keçirilən “SPINAKER Yay məktəbinin II buraxılışı”nın iştirakçısı olub.

Rəşid Azadlı (2024-cü il məzunu) isə Britaniyanın Mançester Universitetinin Bərpa olunan enerji və təmiz texnologiya ixtisasında magistratura təhsili alacaq. 

Rəşid 2019-cu ildə 663 balla Ali Məktəbin Neft-qaz mühəndisliyi ixtisasına daxil olub. Tələbəlik illərində “SOCAR UPSTREAM Management International MMC” şirkəti və “Bahar Energy” əməliyyat şirkətində təcrübə keçib. SOCAR-ın “Gənc İstedadlar Proqramı”nın qalibi olub. 

BANM-ın Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransında iştirak edib, fərqlənmə dərəcəsinə layiq görülüb. “Mühəndislər üçün biznes təhsili” layihəsində iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO