“Kontakt”ın “Şeş-Qoşa” finalında Aygün Kazımova çıxış edəcək –FİNALDA BÖYÜK SÜRPRİZ

“Kontakt”ın “Şeş-Qoşa” finalında Aygün Kazımova çıxış edəcək –FİNALDA BÖYÜK SÜRPRİZ

Hazırda oxunan: “Kontakt”ın “Şeş-Qoşa” finalında Aygün Kazımova çıxış edəcək –FİNALDA BÖYÜK SÜRPRİZ

207314

Azərbaycanın sevilən ulduzu, Xalq artisti Aygün Kazımova yenidən “Kontakt” səhnəsinə gəlir. Məşhur müğənni bu dəfə “Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük final tədbirində xüsusi qonaq olacaq! 

“Kontakt”ın ənənəvi “Şeş-Qoşa” kampaniyası hər il böyük uduşları ilə öz müştərilərini sevindirir. İndi isə kampaniyanın ən həyəcanlı mərhələsi yaxınlaşır: BÖYÜK FİNAL! Möhtəşəm finalda kampaniyanın əsas mükafatı olan ən yeni “Toyota Corolla Cross” avtomobilinin sahibi və ya sahibləri bəlli olacaq.

Final tədbirini daha da unudulmaz edəcək məqam isə pop musiqisinin divası Aygün Kazımovanın konsert proqramlı çıxışı olacaq. Kazımova, gün boyu hit mahnılarını ifa etməklə yanaşı, həm də hər kəsi təəccübləndirəcək bir sürprizi açıqlayacaq.

Bu böyük sürpriz nə ola bilər? Tədbir iştirakçıları bunu öyrənmək üçün səbrsizlənir, buna görə də həmin gün bütün gözlər Kazımovada olacaq...

Qeyd edək ki, Xalq artistinin bir neçə gün əvvəl rəsmi sosial media hesablarında etdiyi paylaşım bu finalın nə qədər xüsusi olacağını bir daha təsdiqləyir. 

“Kontakt” ın müştəriləri üçün yaratdığı əyləncə dolu bu tədbir avqustun 23-ü, saat 18:00-da Bakıxanov stansiyası mağazasında baş tutacaq. 

Bu final tədbiri "Şeş-Qoşa" kampaniyasının uğurlu yekunu olmaqla yanaşı, ilin ən böyük hadisələrindən biri kimi yadda qalacaq. Odur ki, “Kontakt” və Aygün Kazımova hər kəsi əyləncəli və sürprizli gecənin bir parçası olmağa dəvət edir. 

Daha ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə yarada bilərsiniz. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO