Günay Ağamalı 15 avqust 2024-cü ildə Salyan rayonu Boranıkənd kəndində 44 günlük Vətən müharibəsi qazisi Gözəl İmanovun evini ziyarət edib.
Bizim.Media xəbər verir ki, səmimi keçən görüşdə G.İmanovun keçdiyi döyüş yolundan danışılıb.
Günay Ağamalı Gözəl İmanovun sağlamlığı ilə maraqlanaraq, ona can sağlığı arzuladı.
O, G.İmanovun 44 günlük Vətən müharibəsində iştirakını və göstərdiyi igidliyi yüksək qiymətləndirib.
Görüşdə Gözəl İmanov Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrində xidmət etdiyini və ən çətin döyüşlərin iştirakçısı və şahidi olduğunu söyləyib. O, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etdiyini, 2020-ci ilin oktyabrın 19-da Xocavənd Qırmızı Bazar istiqamətində gedən döyüşlərdə ağır yaralandığını söyləyib.
G.İmanov görüşün sonunda dövlətimizin, Cənab Prezident İlham Əliyevin və I Vitse-prezident Mehriban xanım Əliyevanın qazi və şəhid ailələrinə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib.
Bizim.Media