Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Hazırda oxunan: Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

207298

Avqustun 19-u saat 9:00-a olan məlumata görə, Azərbaycanda əsasən yağmursuz hava şəraiti müşahidə olunub. 

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, gündüz bəzi yerlərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb. 
 

Düşən yağıntının miqdarı Lənkəranda 6 mm, Astarada 2 mm, Cəlilabad, Daşkəsən, Gədəbəy, Gəncə, Qobustan, Sabirabad, Biləsuvar, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub. 


Şərq küləyi arabir Culfada 18 m/s-dək güclənib. Şəmkir, Qrız, Lerikdə duman müşahidə olunub. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 34, Aran rayonlarında 33, dağlıq rayonlarda 21 dərəcəyədək isti qeydə alınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO