BMW, MINI və Rolls-Royce avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı cərimələnir - Fizuli Ələkbərova məxsusdur

BMW, MINI və Rolls-Royce avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı cərimələnir - Fizuli Ələkbərova məxsusdur

Hazırda oxunan: BMW, MINI və Rolls-Royce avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı cərimələnir - Fizuli Ələkbərova məxsusdur

207285

“İmprotex Motors” MMC-yə yazılan inzibati protokola baxılacaq növbəti tarix açıqlanıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, sənədə Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə avqustun 26-da baxılacaq.

Xatırladaq ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 231.4-cü (Bu Məcəllənin 231.3-cü (Mədəni və təbii irsin, o cümlədən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə) maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Qeyd edək ki, qanuni təmsilçisi keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov olan şirkət BMW, MINI və Rolls-Royce avtomobillərinin Azərbaycanda rəsmi idxalçısıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO