Masallıda evdə yanğın oldu

Masallıda evdə yanğın oldu

Hazırda oxunan: Masallıda evdə yanğın oldu

207247

Bu gün saat 18 radələrində Masallı şəhərinin Anar Novruzov küçəsində 1955-ci il təvəllüdlü Vaqif Oruc oğlu Qurbanova məxsus evdə yanğın olub. 

Bizim.Media xəbər verir ki, hadisə yerinə FHN-in Masallı Yanğından mühafizə hissəsinin 3 texnikası və canlı qüvvəsi cəlb olunub. 

Yanğın, ümumi sahəsi 216 kv olan evin çardaq hissəsindən başlayıb və evin ikinci mərtəbəsini əhatə edib. Görülən tədbirlər nəticəsində qısa müddətdə yanğın söndürülüb. Alovun evin digər hissələrinə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO