Bakıdan Qazaxa avtobusla gediş 12, Şuşaya 26 manatdır? - RƏSMİ CAVAB

Bakıdan Qazaxa avtobusla gediş 12, Şuşaya 26 manatdır? - RƏSMİ CAVAB

Hazırda oxunan: Bakıdan Qazaxa avtobusla gediş 12, Şuşaya 26 manatdır? - RƏSMİ CAVAB

207227

"Bakıdan Qazaxa 500 km, avtobus qiyməti 12 manat, Bakıdan Şuşaya 370 km, avtobus qiyməti 26 manat, Şuşadan Bərdəyə 70 km, qiymət 15 manat".

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, belə bir paylaşım sosial şəbəkədə edilib.

Paylaşım edən istifadəçi məsafəyə görə qiymətlərin doğru təyin olunmamasından şikayət edib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) paylaşımdakı məlumatların doğru olmadığı bildirilib.

"Şəhərlərarası marşrutlarda sərnişindaşıma tarifi hər kilometrə görə 3.7 qəpik həddində müəyyən edilib.

Bakı-Qazax istiqaməti üzrə məsafə 477 km, biletin qiyməti isə 17.60 AZN-dir. Bakı-Şuşa-Bakı istiqaməti üzrə gediş və dönüş bileti birlikdə 25 manat 40 qəpik təşkil edir. Hazırda Bərdədən Şuşa istiqamətində isə reys mövcud deyil", - deyə açıqlamada bildirilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO