Şəmkir qəzasının TƏFƏRRÜATI açıqlandı

Şəmkir qəzasının TƏFƏRRÜATI açıqlandı

Hazırda oxunan: Şəmkir qəzasının TƏFƏRRÜATI açıqlandı

207174

Şəmkirdə baş verən ağır yol qəzasının təfərrüatı məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya bildirilib ki, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonundan keçən hissəsində 2000-ci il təvəllüdlü K. Cəfərlinin idarə etdiyi “KamAZ” markalı yük avtomobili 1986-cı il təvəllüdlü Şamo Qafarovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub.
 

MÖVZU İLƏ BAĞLI:

“Jiqulu” yolda dayanan avtomobilə çırpıldı - 2 ölü, 1 yaralı var


Hadisə nəticəsində “VAZ-2106”da olan sürücü və sərnişinlərdən biri ölüb, digər sərnişin, 1978-ci il təvəllüdlü, Ağstafa rayon sakini Qorxmaz Şirinov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hazırda digər ölən şəxsin kimliyi müəyyənləşdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO