Valideynlərin şikayəti: Övladları bu məktəbdən əsassız çıxarılıb - VİDEO

Valideynlərin şikayəti: Övladları bu məktəbdən əsassız çıxarılıb - VİDEO

Hazırda oxunan: Valideynlərin şikayəti: Övladları bu məktəbdən əsassız çıxarılıb - VİDEO

207171

Binə qəsəbəsində bir qrup valideyn övladlarının heç bir xəbərdarlıq edilmədən 9-cu sinfindən uzaqlaşdırıldığını iddia edirlər.

Bizim.Media xəbər verir ki, Xəzər rayonundakı 292 saylı orta ümumtəhsil məktəbinin bir neçə valideyni iddia edir ki, onların övladları buraxılış imtahanını uğurla versələr də, övladları direktor tərəfindən məktəbdən xaric ediliblər.

Məsələ ilə bağlı 292 saylı məktəbdən bildirilib ki, iddia həqiqətəuyğun deyil:

“15 avqust saat 15:00-dan etibarən ümumi təhsil müəsissələrinin X siniflərinə elektron sistem vasitəsilə qeydiyyat prosesinə başlanılıb. Bu günə qədər valideynlərin elektron müraciəti əsasında məktəbin IX siniflərini bitirmiş şagirdlərin 100 nəfərdən çoxunun elektron qeydiyyatı aparılıb.

Qeyd olunan valideynlər 16 avqustda məktəbə müraciət edib. Onlara qaydalara uyğun olaraq elektron sistem vasitəsilə övladlarını qeydiyyatdan keçirməsi tövsiyə olunub.

Ətraflı Xəzər televiziyasının videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO