BDU-nun dosenti VƏFAT ETDİ - FOTO

BDU-nun dosenti VƏFAT ETDİ - FOTO

Hazırda oxunan: BDU-nun dosenti VƏFAT ETDİ - FOTO

207138

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat və Kibernetika Fakültəsinin dosenti Nizami Süleymanov vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə BDU-dan bildirilib.

N.Süleymanov 1953-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1970-1975-ci illərdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində təhsil alıb. 1975-1977-ci illərdə Elektron Sənayesi Nazirliyində mühəndis-proqramçı vəzifəsində çalışıb. 1991-ci ildə "Ümumi qeyri-lokal sərhəd şərtli Steklov tipli məsələlərin araşdırılması" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Fizika-riyaziyyat elmləri namizədi, dosent N.Süleymanov 1978-ci ildən indiyədək BDU-nun İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasında çalışıb. 60-dan çox elmi və metodik işin müəllifi idi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO