Evində qumbara partlayan şəxsin yaxınları danışdı - VİDEO

Evində qumbara partlayan şəxsin yaxınları danışdı - VİDEO

Hazırda oxunan: Evində qumbara partlayan şəxsin yaxınları danışdı - VİDEO

207131

Xəbər verdiyimiz kimi, ötən gün Sumqayıtda 8-ci mikrorayon ərazisində, 27 A ünvanında yerləşən yaşayış binasında mənzildə partlayış olub hadisə nəticəsində 1 nəfər ölüb.

Bizim.Media xəbər verir ki, ölən şəxs, Truxin Sergey Valentinoviçin əlində qumbara partlayıb.

Sözügedən partlayıcı maddənin mənzilə hansı formada gəlib çıxması hələ də məlum deyil.

Lakin ölən şəxsin yaxınlarının sözlərinə görə, onun səhhətində problemlər olub.

Hətta müalicə olunması üçün tez-tez aralarında mübahisə yaransa da, Truxin Sergey Valentinoviç müalicə olunmaqdan imtina edib.

Qeyd edək ki, mənzildə döyüş tətbiqinə yararlı 3 ədəd 23 mm-lik mərmi də aşkarlanıb.

Hadisə ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı “Xəzər Xəbər”in videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO