Əmanətçilərə şad xəbərimiz var -  VİDEO

Əmanətçilərə şad xəbərimiz var - VİDEO

Hazırda oxunan: Əmanətçilərə şad xəbərimiz var - VİDEO

2071

Faiz dərəcəsi aradan qaldırılacaq, sığortalanan məbləğin limiti olmayacaq

Növbəti xəbərimiz bankda əmanəti olan və yaxud da pulunu banka qoymaq istəyən vətəndaşlara ünvanlanıb. Əmanətlərlə bağlı uzun müddətdir aparılan müzakirələrin yaxın vaxtlarda nəticə verəcəyi gözlənilir. Məsələ ilə bağlı təkliflər artıq hökumətə təqdim edilib. Təkliflər arasında banka qoyulmuş əmanətin məbləğindən asılı olmayaraq tam sığortalanması və maksimal 12 faizlik limitin ləğv olunması kimi məsələlər də var.

Əhalinin bütün əmanətlərinin sığortalanması nəzərdə tutulur. Bu, həm sadə vətəndaşları, həm də hüquqi şəxsləri əhatə edəcək. Azərbaycan Banklar Assosiasiyasından verilən məlumata görə, Mərkəzi Bank tərəfindən bununla bağlı hazırlanan təklif artıq aidiyyatı dövlət qurumlarına göndərilib. Təkliflər təsdiq olunduğu təqdirdə, əmanətlərin sığortalanması ilə bağlı qanunvericiliyin dəyişdirilməsi nəzərdə tutulur. Əmanətlərin Sığortalanması Fondunun İcraçi Direktoru Azad Cavadovun sözlərinə görə, söhbət sığorta olnan məbləğin limitsizləşdirilməsindən gedir.

Bir sözlə, məbləğindən asılı olamayaraq, bütün əmanətlər sığortalanacaq. Lakin bu, müvəqqəti olacaq. Dünya təcrübəsinə əsasən, ölkədə böhran başa çatanda, yenidən müəyyən limit tədbiq ediləcək. Amma əmanətlərin tam sığortalanması özü bir sıra risklərə yol açır.

Digər yenilik differensial əsaslı risk sisteminə keçiddir. Yəni hazırda əmanətlər üçün nəzərdə tutulmuş maksimal 12 faizlik limit tamamilə aradan qaldırılacaq. Lakin bütün bunlar hökumətə təqdim olunan təkliflər təsdiq olunduqdan sonra qüvvəyə minəcək. //xezerxeber.com

Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO