Gəncədə qanunsuz tikintilərə qarşı aparılan monitorinqlər davam etdirilir.
Bizim.Media xəbər verir ki, monitorinqlər Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələlər Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə aparılır.
Həyata keçirilən növbəti monitorinqlər zamanı, şəhərin K.Mehmandarov küçəsində müvafiq icazəverici sənədləri olmadan tikintisi aparılan qeyri-yaşayış sahəsi aşkarlanmış və söküntüsü təmin edilib.Qeyd edək ki, aparılan monitorinqlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
Bizim.Media